Toksik smoq nəqliyyatda ciddi problemlər yaradıb
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistan üzərində toksik smoq qalmaqda davam edir və bu vəziyyət ölkə üzrə nəqliyyatın fəaliyyəti və gündəlik həyat üçün ciddi çətinliklər yaradır. Zəif görünüş səbəbindən bir çox aviareys ləğv edilib, qatarların hərəkətində isə gecikmələr müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, paytaxt Dehlidə havanın keyfiyyət indeksi 358-ə yüksəlib ki, bu da təhlükəli çirklənmə səviyyəsi hesab olunur. Mövcud vəziyyətlə əlaqədar şəhər hakimiyyəti maksimum məhdudlaşdırıcı tədbirlərin tətbiqinə başlayıb. Belə ki, ofis əməkdaşları, tələbələr və məktəblilər distant iş və təhsil rejiminə keçirilib, dizel yanacaqlı yük avtomobillərinin şəhərə girişi qadağan olunub, tikinti işləri isə müvəqqəti dayandırılıb.
Hindistan Meteorologiya Departamenti regionda “narıncı” təhlükə səviyyəsi elan edərək, yaxın günlərdə də ekoloji vəziyyətin yaxşılaşmayacağı barədə xəbərdarlıq edib. Mütəxəssislər əhaliyə açıq havada uzun müddət qalmaqdan çəkinməyi tövsiyə edirlər.
Baxış sayı:60
Bu xəbər 18 Dekabr 2025 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















