Icma.az
close
up
RU
Tolerantlığın bir dəyər formasına çevrilməsi məntiqidir

Tolerantlığın bir dəyər formasına çevrilməsi məntiqidir

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Tolerantlıq artıq bəşəri bir dəyər hesab olunur, çünki məhz fərqli mədəniyyətlərə, dini inanclara, adət-ənənələrə malik insanlar arasında münasibətlərin tənzimlənməsində rolu əvəzsizdir. Təsadüfi deyil ki, tolerantlıq artıq dövlətlər səviyyəsində xüsusi siyasi kurs olaraq qəbul olunmaqdadır. Dini dözümlülüyün, birgəyaşayışın və ən əsası da, sülhün qarantı olan tolerantlığın bir dəyər formasına çevrilməsi tamamilə məntiqidir.

İnsanın və insan həyatının bəşəriyyət üçün ən dəyərli sayılması fonunda bütün dünyada təhlükəsizliyin, əmin-amanlığın təmin edilməsi haqlı olaraq, ön planda durur və məhz belə bir təminat da elə tolerantlıq sayəsində mümkün hesab olunur. Çünki bütün qarşıdurmaların, ələlxüsus da dini qarşıdurmaların, fərqli inanclara, fərqli adət-ənənələrə olan dözümsüzlük hallarının qarşısının alınması baxımından tolerantlıq bir dəyər forması olaraq olduqca əhəmiyyətlidir və bunu təkzib etmək mümkün deyil. Ona görə mümkün deyil ki, hazırda insanların əmin-amanlıq şəraitində yaşaması üçün əsas prioritetlərdən biri olan dini və milli tolerantlıq önəmli rol oynayır.

Azərbaycan xalqının tolerantlığının tarix boyu hansı səviyyədə olduğu hər kəsə bəllidir. Xalqımız ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə öz tolerantlığı ilə çeçilib. Məhz dini və milli dözümlülük baxımından xalqımız bütün dünya xalqlarına nümunə belə sayılır desək, yanılmarıq. Təkcə cəmiyyətdə deyil, hər bir fərdin şüurunda belə milli və dini dözümlülük olduğunu təkzib etmək mümkün deyil. Tarix boyu Azərbaycan ərazilərində müxtəlif dini inanclara, müxtəlif milli mənsubiyyətlərə, müxtəlif adət-ənənələrə sahib olan insanların olması elə tarixi reallıqdır və bilirik ki, xalqımız hər zaman həmin insanların fərqli inanclarına da, fərqli mədəniyyətlərinə də hörmətlə yanaşıb. Hansısa dözülməzlik kimi bircə dənə də olsa hal müşahidə edilməyib, hansısa qarşıdurma, hansısa hörmətsizlik olmayıb.

Reallıq ondan ibarətdir ki, ayrı-ayrı etiqad və inanclara malik etnoslar belə min illər boyunca ölkəmizdə əmin-amanlıq şəraitində yaşayıblar. Belə bir şəraitdə yaşamaları isə heç də təsadüfi sayılmır və məhz xalqımızın tolerantlıq ənənələri ilə əlaqədardır. Xüsusən onu da qeyd etmək yerinə düşərdi ki, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanması belə təsadüfi deyil. Bütün bunlar məhz xalqımızın tolerantlıq ənənələrinin olmasından, eləcə də xalqımıza xas olan humanizmdən irəli gəlir. Əks halda, həmin o etnik-mədəni müxtəliflikdən söhbət belə gedə bilməzdi və belə bir müxtəliflik ölkəmizin ərazisində qətiyyən olmazdı. Azərbaycan xalqı məhz humanist xalq, tolerantlıq nümunəsi göstərən xalq olaraq bütün dünyada tanınır və burada xalqımızın inancınin, islami dəyərlərinin də əlbəttə ki, xüsusi yeri və rolu danılmazdır. Çünki İslam əxlaqı insanlara, onların inanclarına, adət-ənənələrinə hörmətlə yanaşmağı tövsiyyə edir və bizim dini inancımız nəinki qarşıdurmaların, hətta ən xırda dözümsüzlüyün belə kəskin şəkildə əleyhinədir.

Bilirik ki, tarix boyu xalqımıza məxsus olan ərazilərdə təkcə İslam inancına sahib olan insanlar yaşamayıblar. Bizə məxsus olan coğrafiyada yaşayan insanların bir çoxları müxtəlif dövrlərdə bütpərəstlik, zərdüştlük, yəhudilik, xristianlıq kimi inanclara sahib olublar. Belə inanclar, fərqli dini adət-ənənələr belə zaman-zaman azad şəkildə yayılıb da. Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda tarixən mövcud olan tolerantlıq ənənələri günümüzə qədər gəlib çatıb. Hal-hazırda da ölkəmizdə həmin o tolerantlıq ənənələri qorunub saxlanılır. Yaxşı bilirik ki, dünyada baş verən müharibələrin motivində məhz etnik-dini anlaşılmazlıqlar olduğu halda, bizdə bu həmişəki kimi yenə də yoxdur. Hələ də dünyanın ən inkişaf etmiş ölkələrində belə milli dözümsüzlük olduğu halda, ölkəmizdə dini mənsubiyyətindən asılı olmayaraq kiməsə qarşı dözümsüzlük nümayiş etdirilmir. Dünyanın ən inkişaf etmiş ölkələrində hətta eyni dinə, eyni adət-ənənələrə, eyni mədəniyyətə mənsub təriqətləri arasında belə dözümsüzlük müşahidə edildiyi halda, ölkəmizdə bunun əksini görməkdəyik və dözümlülüyün nə dərəcədə olduğu göz önündədir. Məhz etnik təmizləmə siyasətinə görə hazırda dünyanın 21 ölkəsində 12 milyonadək insan qaçqın və məcburi köçkün şəraitində yaşadığı halda, buna uyğun, yaxud da oxşar bir hal ölkəmizdə qətiyyən olmayıb və yenə də yoxdur. Ona görə öncə qeyd etdmişdik ki, dini və milli tolerantlıq baxımından da Azərbaycanı dünyaya nümunə olan ölkə hesab etməkdə haqlı olduğumuza əminik.

Azərbaycan vətəndaşları, ölkəmizdə yaşayan insanlar dini inanclarına, etiqadlarına, eyni zamanda, məzhəblərinə görə qətiyyən bir-birindən fərqləndirilmirlər. Əvvəla ona görə ki, xalqımız tolerantlıq ənənələrinə sadiqdir. Digər tərəfdən də öz humanizmi ilə seçilən Azərbaycan xalqı üçün tolerantlıq hər zamankı kimi bir dəyər formasına olaraq qəbul olunmaqdadır. Hər zaman olduğu kimi indi də ölkəmizdə hansısa xoşagəlməz halın baş verməsi, kimlərinsə dini inanclarına, adət-ənənələrinə hörmətsizlik edilməsi, dözümsüzlük nümayiş etdirilməsi halının müşahidə edilməsi tamamilə mümkünsüzdür.

Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, Azərbaycanda vətəndaşlar, insanlar dini inanclarına, etiqadlarına, məzhəblərinə görə qətiyyən bir-birindən fərqləndirilmir və hətta bu məsələlər müvafiq qanunvericilik çərçivəsində belə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə əlaqədar qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların qeydiyyata alınması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Etnik dini tolerantlığın bütün dünyada mütərəqqi demokratik dəyərlərdən biri kimi qəbul edildiyi bir zamanda bu tolerantlıq forması Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Azərbaycan Respublikası bu gün çoxmillətli və çox konfessiyalı dövlət kimi dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Hazırda ölkəmizdə bütün dini icmaların bərabər hüquqlara malik olması da məhz həmin bu siyasətin məntiqi nəticəsi olaraq qəbul edilir. Həmçinin şəksiz-şübhəsiz qəbul edilir ki, tolerantlıq bir dəyər formasına çevrilib.

Müəllif: İnam Hacıyev

6.3.15. “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Yanvar 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri