Icma.az
close
up
RU
“Toplanan böyük data birbaşa fermerlərə ötürüləcək” Nazirdən MÜHÜM açıqlama

“Toplanan böyük data birbaşa fermerlərə ötürüləcək” Nazirdən MÜHÜM açıqlama

Icma.az, Bakupost saytına istinadən bildirir.


“Aqrar sahədə keyfiyyət və səmərəliliyin artırılması üçün süni intellekt texnologiyalarının və innovativ elektron proqramların tətbiqi genişləndirilir”.

Bakupost.az xəbər verir ki, bu barədə Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

“Biz fermerin tarixçəsini elektron kənd təsərrüfatı sistemi vasitəsilə əldə edirik: nə əkir, nə qədər əkir, harada əkir. Aparılan torpaq analizləri sayəsində torpaq xəritəsi yaradılır. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün meteostansiyalarından məlumat alınır. Əlavə olaraq, Kənd Təsərrüfatı Nazirliyinin süni zəka layihəsi çərçivəsində 30-a yaxın yeni meteostansiya qurulub. Bununla yanaşı, özəl sektor tərəfindən qurulan meteostansiyalar da mövcuddur və onlar da platformaya qoşulur.

Beləliklə, iqlimlə bağlı məlumatlar əsasında əkilən məhsullara təsirlər və faydalar barədə geniş məlumat toplamaq mümkün olur. Bununla bağlı qayda qoyduq ki, ölkəyə idxal olunan bütün kombaynlarda həm GPS sistemi, həm də məhsul toplama bunkerində sayğaclar quraşdırılsın. Bununla da bu məlumatların bizim mərkəzi bazaya toplanması nəzərdə tutulub.

Nazir vurğulayıb ki, həyata keçirilən bu genişmiqyaslı rəqəmsallaşmanın əsas məqsədi toplanan böyük datanın təhlil edilərək birbaşa fermerlərə ötürülməsidir:

“Yaradılan sistem sayəsində fermerlər xüsusi mobil tətbiq vasitəsilə torpağın nəmlik dərəcəsi, bitkinin su stresi yaşayıb-yaşamadığı və suvarmaya olan real ehtiyac barədə operativ məlumat ala biləcəklər. Bu isə təsərrüfatlarda yarana biləcək iqlim və su çatışmazlığı risklərini əvvəlcədən proqnozlaşdırmağa imkan verəcək”.

Lalə Norvuz,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 İyun 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri