Toqo Prezidenti: İqlim ədaləti bütün müzakirələrimiz üçün kompas və istiqamət olmalıdır Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İnkişaf etməkdə olan ölkələrin iqlim ədalətinə olan ehtiyacını göz ardı etmək olmaz və bu ölkələrin liderləri vədlərin konkret addımlara çevrilməsinə görə məsuliyyət daşıyırlar.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Toqo Prezidenti Fore Qnassinqbe Bakıda keçirilən COP29 İqlim Sammitində bəyanatında bildirib.
"Biz meşə örtüyünün bərpası, enerji transformasiyası, bərpa olunan enerji mənbələrinin tətbiqi proqramlarını həyata keçiririk. Lakin təkbaşına qlobal tendensiyaları dəyişə bilmərik. Buna görə də iqlim ədaləti bütün müzakirələrimiz üçün kompas və istiqamət olmalıdır. Əhalinin müdafiəsi və biomüxtəlifliyimizin qorunması məqsədlərinə yönələcək maliyyə dəstəyi lazımdır", - o vurğulayıb.
Toqo Prezidenti ədalətli iqlim həmrəyliyinə çağırıb: "İqlim həllərimiz müvəqqəti yardım kimi deyil, kollektiv gələcəyimizə investisiya kimi düşünülməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 12 Noyabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















