Icma.az
close
up
RU
İraq Prezidenti: İqlim ədaləti müzakirələrimizin mərkəzində olmalıdır Xəbər saytı Son xəbərlər və Hadisələr

İraq Prezidenti: İqlim ədaləti müzakirələrimizin mərkəzində olmalıdır Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az bildirir, Baku.ws portalına istinadən.

İqlim böhranının ərzaq, su, sanitar və ictimai təhlükəsizliyə təhdid yaratdığı inkişaf etməkdə olan ölkələrə xüsusi diqqət yetirilməlidir. İqlim dəyişikliyinin təsirləri İraqda güclü şəkildə hiss olunur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bakıda keçirilən COP29 İqlim Liderləri Sammitindəki çıxışında bildirib.

"Biz rekord anomal istilik dövrləri ilə üzləşirik, yağıntıların miqdarı azalır, temperaturlar artır. Bu, biomüxtəlifliyə, yaşıl zonalara mənfi təsir göstərir. Bundan əlavə, quraqlıq və səhralaşma zonaları artır. İqlim dəyişikliyi, həmçinin İraqın cənubundakı bataqlıq ərazilərində yaşayan ənənəvi icmaların köçürülməsinə səbəb olub. Bu, iqlim böhranı səbəbindən yox ola biləcək dünya irsidir", - o vurğulayıb.

Prezidentin sözlərinə görə, İraqın istixana qazı emissiyalarına tarixi töhfəsi, əksər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, çox zəifdir: "Bu baxımdan iqlim ədaləti müzakirələrimizin mərkəzində olmalıdır, çünki söhbət insan hüquqlarından gedir. Biz təkcə indiki nəsil üçün deyil, gələcək nəsillər üçün də hərəkət etməliyik".

"İqtisadiyyatımız qalıq yanacaqlardan çox asılıdır. Lakin eyni zamanda iqlim dəyişikliyinə qarşı çox həssasdır", - o bildirib. Bununla yanaşı, dövlət başçısı səyləri əlaqələndirmək və birlikdə işləmək məqsədilə oxşar iqlim problemləri olan ölkələrin danışıqlar qrupunun yaradılmasına çağırıb.

"Eyni prinsip əsasında biz böyük dünya iqtisadiyyatlarını iqlim fəaliyyətinə sadiqliyi gücləndirməyə çağırırıq. Əgər bu iqtisadiyyatlardan bəziləri bu təşəbbüslərdən çıxmağa qərar versələr, biz onlardakı dövlət və özəl subyektləri öz öhdəliklərini saxlamağa çağırırıq, çünki dünya ümumi töhfə olmadan dayanıqlı inkişafa nail ola bilməz", - İraq lideri vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Noyabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see379

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see183

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see162

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri