Toral Bayramov Avropa klubunun hədəfində: Danışıqlar aparılır
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan millisinin və "Bursaspor"un futbolçusu Toral Bayramov karyerasını "Rakuv"da davam etdirə bilər.
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Polşa mətbuatında məlumatlar yayılıb.
Qeyd edilib ki, hazırda "Bursaspor"un şərəfini qoruyan azərbaycanlı futbolçu qışda Polşa klubuna transfer olmaq üçün danışıqlar aparır.
Bildirilir ki, Bayramovun Polşa çempionatına ehtimal olunan keçidi daha öncə də geniş müzakirə mövzusu olmuşdu.
"Ötən il futbolçunun adı "Lex", "Legiya" və eləcə də "Rakuv"la birgə çəkilirdi. Lakin yekunda, o, "Qarabağ"da qalaraq komandası ilə birlikdə UEFA Çempionlar Liqasının oyunlarında iştirak etmişdi. Mövsüm bitdikdən sonra azərbaycanlı oyunçu "Qarabağ"dan ayrılıb və bir milyon avro müqabilində "Bursaspor"a transfer olunub. Türkiyə təmsilçisi onu əsas gücləndirici qüvvə kimi görsə də, reallıq gözləntiləri doğrultmayıb - Bayramov "Bursaspor"da daha çox ehtiyat oyunçuya çevrilib. O, Türkiyənin aşağı liqasında indiyə qədər 11 matçda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. Müntəzəm oyun təcrübəsinin olmaması səbəbindən Bayramov qış transfer pəncərəsində artıq özünə yeni klub axtarışındadır", - deyə xəbərdə bildirilib.
Qeyd edək ki, Polşanın yüksək liqasında mübarizə aparan "Rakuv"da Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 17 Noyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















