Torpağı alıb ev tikdi, 10 il sonra məhkəməlik oldu
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Bakı şəhərinin Sabunçu rayonunda dövlət mülkiyyətində olan torpaq sahəsini hasarlayaraq burada ev tikməkdə təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb.
Qaynarinfo xəbər verir ki, söhbət Kürdəxanı qəsəbəsində yerləşən 1200 kvadratmetrlik torpaq sahəsindən gedir.
İttihama görə, İ. Nəsibov həmin ərazidə qanuni mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini hasarlayıb və özbaşına tikinti aparıb.
İttiham materiallarında göstərilir ki, hadisə 2019-cu ilin yazından 2021-ci ilin yazına qədər olan dövrdə baş verib.
Nəsibov 30 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 1200 kvadratmetr olan torpaq sahəsini təxminən 13 mişar daşı hündürlüyündə hasarlayıb. Bununla kifayətlənməyərək torpağın 144 kvadratmetr hissəsində üç otaq və mətbəxdən ibarət fərdi yaşayış evi də tikdirib.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul etməyib. O bildirib ki, həmin ərazidəki torpağı Cəfər adlı maklerdən alıb. Onun sözlərinə görə, makler torpağın ona məxsus olduğunu deyib və bundan sonra razılaşıblar.
Nəsibov məhkəmədə torpağı və evi təxminən 10 il əvvəl aldığını, hətta daha əvvəl də ola biləcəyini, dəqiq tarixi xatırlamadığını deyib.
Onun sözlərinə görə, torpağı aldıqdan sonra evin tikintisinə başlayıb və işlər təxminən iki ay davam edib. O, ev üçün ilkin olaraq 9 min manat ödədiyini, qalan məbləği isə ayda 200-300 manat olmaqla hissə-hissə verdiyini bildirib.
Təqsirləndirilən şəxs torpaqla bağlı hər hansı rəsmi etibarnaməsinin olmadığını da etiraf edib.
Maraqlıdır ki, Nəsibov torpağın bələdiyyəyə aid olduğunu, evi isə bələdiyyə qərarı əsasında aldığını söyləyib. Bununla belə, torpaq sahəsinə dair müvafiq sənədinin olmadığını bildirib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hazırda evdə yaşayır. Evə elektrik enerjisi çəkilib, sayğac isə oğlunun adına rəsmiləşdirilib.
Hasarın da bir dəfəyə çəkilmədiyini bildirən Nəsibov əvvəlcə evin qarşısını hasarladıqlarını, oğlu müharibədən qayıtdıqdan sonra isə işləri tamamladıqlarını söyləyib.
Onun sözlərinə görə, hasar həm əkdikləri ağacları qorumaq, həm də evin içinin kənardan görünməməsi üçün çəkilib.
İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi isə məhkəmədə bildirib ki, ərazidə fərdi yaşayış evində yenidənqurma işləri aparılıb və evin ətrafında mişar daşı ilə hasar çəkilməsi aktlaşdırılıb.
Nümayəndənin sözlərinə görə, sistemdə olan məlumatlardan evin tikintisinin 2022-ci ildə başa çatdığı görünür. Hasarın üç tərəfinin isə 2023-cü ildən mövcud olduğu, evin digər tərəfinin hasarının 2025-ci ildə hissə-hissə çəkildiyi qeyd olunub.
Məhkəmə araşdırmalarından sonra İlham Nəsibov (ad və soyad şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi (torpaq sahəsini qanunsuz olaraq tutma, hasarlama və həmin torpaq üzərində özbaşına tikinti aparma) ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 12 Sentyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















