Icma.az
close
up
RU
Torpağı Vətən edən Afərin

Torpağı Vətən edən Afərin

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zəfər şəhidi Afərin Qulamzadənin 27 yaşı tamam olması münasibətilə
Vətənin dar günündə dadına çatıb, onun yolunda canını fəda edən daha bir qəhrəmanımız Afərin Müqəddəs oğlu Qulamzadədir . Şəhidliyi xalqına igidlik, vətənsevərlik, əsl kişilık məktəbi olan Afərin 1999-cu ilin iyulun 13-də Lənkəran rayonunun Mamusta kəndində dünyaya göz açıb. Elin İgid oğlu İkinci Qarabağ müharibəsi başlayan gündən doğma Azərbaycanın müqəddəsliyini hər şeydən əziz tutaraq, əlinə silah alıb özünü odun-alovun içinə atır, 30 il əsarətdə qalan Vətən torpaqların azadlığı uğrunda erməni dığaların kabusuna çevrilir. 3 noyabr tarixində Xocavənd istiqamətində gedən haqq savaşımızda 21 yaşında düşmən gülləsinə tuş gəlir. Onda yurdunun yağ tapdağından qurtulmasına lap az qılırdı. Afərin kimi minlərlə qəhrəmanın torpağa axıtdığı qan hesabına üçrəngli ay-ulduzlu qələbə bayrağımız əzəli-əbədi yurd yerimiz Qarabağın əksər yerində dalğalanırdı.
Afərinin döyüş yolu müharibənin ən qaynar nöqtəsi olan Füzulidən başlanır.
Hər an Vətən uğrunda canından keçməyə hazır olan igid döyüşçü bir-birindən çətin müharibə meydanlarında yaşının çərçivəsinə sığmayan rəşadət nümunəsi göstərir. Döyüşlərin birində yaralı komandirini atəş zonasından çıxararkən ayağından ağır yaralanır. Afərin 3 gün hərbi hospitalda müalicə alsa da, ailəsinə bu barədə bir söz demir. Sağalar–sağalmaz döyüş meydanına, silahdaşlarının yanına qayıdır. Döyüşdən-döyüşə bərkiyən qəhrəman Vətən oğlu son nəfəsinə qədər erməni dığalarına qan uddurur...
Şəhidin atası Müqəddəs kişi oğlu ilə fəxr etdiyini deyir: “Oğlum Vətəninə çox bağlı idi. Elə bu istəyinin arxasınca gedərək qəhrəmancasına şəhid oldu. İndi bütün xalqım onu özünə iftixar mənbəyi bilir. Oğlumun yeri cənnət, adı isə Azərbaycanla qoşadır. Həm də Afərin ermənilərə qarşı qanlı döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə “Vətən uğrunda”, Füzulinin və Xocavəndin azadlığına görə medallara, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq olub. Hər dəfə qürur, şərəf rəmzi olan Vətən mükafatlarına əlim dəyəndə, sanki oğluma sığal çəkirəm”...
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 İyul 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri