Icma.az
close
up
RU
“Torpağın dad hekayəsi” filminin təqdimatı olub

“Torpağın dad hekayəsi” filminin təqdimatı olub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 avqust, AZƏRTAC

Avqustun 30-da Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda Qərbi Azərbaycan mövzusunda çəkilmiş “Torpağın dad hekayəsi” filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, film “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin layihəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filmin ssenari müəllifi, Əməkdar jurnalist Firuzə Nadir bildirib ki, “Torpağın dad hekayəsi” filmi Qərbi Azərbaycandan olan bir ailənin timsalında yurdundan qaçqın düşən soydaşlarımızın uzun illərdir qoruyub yaşatdıqları adət-ənənələrə, mənəvi dəyərlərə, milli mətbəxə, eyni zamanda onların doğma ocağa qayıtmaq arzusuna həsr olunub. Layihənin əsas məqsədi milli mətbəximizin ayrılmaz qolu olan Qərbi Azərbaycan mətbəxinin zənginliyini, özünəməxsusluğunu araşdırmaq, təbliğ etmək, tanıtmaqdır.

Filmin layihə rəhbəri Kənan Qılıncxanovun sözlərinə görə, film 3 tematik hissədən ibarətdir: yurd, dad, yaddaş. Filmin hər bir qəhrəmanı o yaddaşın daşıyıcısıdır. Hətta filmdə səslənən musiqilər də həmin yaddaşın səsidir. Bu yaddaş, bu səs onlarda doğma yurda qayıdışa da inam yaradıb. Kənan Qılıncxanov belə bir aktual mövzulu layihəni dəstəklədiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib.

Sonra qonaqlar "Torpağın dad hekayəsi" sənədli filmini izləyiblər.

Filmdə Qərbi Azərbaycanın unikal mətbəxi haqqında bir hekayə təqdim olunur. Ailənin, əsasən yaşlı üzvləri qədim yemək reseptlərini bölüşürlər. Onların xatirələri Qərbi Azərbaycan mətbəxinin özəlliklərinə, üstəlik, onun zamanla nəsildən-nəslə ötürülməsinə, xalqımızın qonaqpərvərliyinə işıq salır. Filmdə yeməklərin birgə hazırlanma və süfrəyə verilmə prosesi, ailənin birgə zaman keçirməsi ilə bağlı maraqlı epizodlar yer alır.

Qərbi Azərbaycana qayıdış ideyası filmdən qırmızı xətlə keçir. Qarabağ savaşında qazanılan parlaq Qələbə Qərbi Azərbaycana qayıdışa da bir yol açıb. Filmdə bu yolun mütləq keçiləcəyinə də inam ifadə olunur. Film Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə söylədiyi fikirlə bitir: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. ...Bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir”.

Filmin nümayişindən sonra Əməkdar jurnalist Yunis Orucov film barədə təəssüratlarını bölüşüb.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun rəhbəri Pərviz Əmirov və digər çıxış edənlər filmin milli dəyərlərimizin təbliği baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see245

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see161

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see159

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see155

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri