“Tottenhem”də məşqçi xaosu: Arne Slot namizədlər arasındadır
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İngiltərənin “Tottenhem” futbol klubunun rəhbərliyi hazırkı baş məşqçi İqor Tudorun rəhbərliyi altında izlənilən uğursuz nəticələrdən sonra ciddi şəkildə yeni mütəxəssis axtarışına başlayıb. Komandanın sükanı arxasında keçirdiyi dörd oyunun hamısında məğlub olan xorvatiyalı mütəxəssisin vəzifəsindən kənarlaşdırılacağı gözlənilir.
İdman.Biz xəbər verir ki, londonluların namizədlər siyahısında “Liverpul”un hazırkı baş məşqçisi Arni Slotun da adı var. Lakin onun “Tottenhem”ə keçidi müəyyən şərtlərdən asılıdır.
Məşhur ekspert Pol Mersonun iddiasına görə, əgər Slot “Liverpul”u Çempionlar Liqasına vəsiqə qazandıra bilməsə, o, London klubunun əsas hədəfinə çevriləcək.
Tudorun gələcəyi isə xüsusilə Çempionlar Liqasının son 16 mərhələsində “Atletiko”ya qarşı 2:5 hesablı ağır məğlubiyyətdən sonra ciddi təhlükə altına düşüb.
“TalkSPORT”un yaydığı məlumata görə, “Spurs” rəhbərliyi artıq səkkiz fərqli namizədi nəzərdən keçirir və Tudorun özünə də yeni məşqçi axtarışları barədə məlumat verilib.
Qeyd edək ki, Arni Slotun “Tottenhem”ə keçidinin reallaşması üçün londonluların Premyer Liqada qalmağı təmin etməsi də vacib şərtlərdən biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 16 Mart 2026 01:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















