Icma.az
close
up
RU
Tourette sindromu necə təzahür edir? Əsas əlamətlər və yanaşma

Tourette sindromu necə təzahür edir? Əsas əlamətlər və yanaşma

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

"Tourette" sindromu nevroloji və qismən genetik mənşəli xəstəlikdir. Bu sindrom əsasən iradədən asılı olmayan ani tiklərlə xarakterizə olunur.

Bakıvaxtı.az “institutducerveau.org” saytına istinadən xəbər verir ki, bu tiklər qəfil başlayır, qısa müddət davam edir və tez-tez təkrarlanır. Xəstəlik adətən uşaqlıq dövründə, 12 yaşdan əvvəl özünü göstərir və oğlanlarda daha çox müşahidə olunur. Statistikaya görə, təxminən hər 200 nəfərdən birində bu sindroma rast gəlinir.

Əlamətlər necə özünü göstərir?

“Tourette” sindromunun əsas əlamətləri iki qrupa bölünür:

- Motor tiklər: göz qırpma, başın və çiyinlərin ani hərəkətlər

- Səs tikləri: boğaz təmizləmə, müxtəlif səslər çıxarma

Bəzi hallarda xəstələrdə sözlərin və ya qeyri-iradi ifadələrin səsləndirilməsi də müşahidə olunur. Lakin geniş yayılmış fikrin əksinə olaraq, söyüş və kobud ifadələrin işlədilməsi nadir hallarda — xəstələrin 10 faizindən azında qeydə alınır.

Səbəblər və risk faktorları
Alimlər xəstəliyin dəqiq səbəbini tam müəyyən etməsələr də, genetik faktorların və beyində dopamin balansının pozulmasının mühüm rol oynadığı vurğulanır. Xüsusilə beynin hərəkətləri tənzimləyən hissələrinin fəaliyyəti ilə əlaqə olduğu qeyd edilir.

Müalicə mümkündürmü?
“Tourette” sindromunun tam müalicəsi hələlik mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq mümkündür. Müalicə əsasən davranış terapiyası, psixoloji dəstək və dərmanlardan ibarət olur. Ağır hallarda isə cərrahi üsullar, o cümlədən beyin stimulyasiyası tətbiq edilə bilər.

Xəstəliyin gedişi necə olur?
Mütəxəssislər bildirirlər ki, bəzi xəstələrdə sindrom zamanla tamamilə yox ola bilər, digərlərində isə əlamətlər zəifləyir. Az sayda hallarda isə simptomlar uzunmüddətli və daha ağır formada qalır.

“Tourette” sindromu həyat üçün təhlükəli olmasa da, xəstələrin sosial və psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Erkən diaqnoz və düzgün dəstək isə bu təsirlərin minimuma endirilməsində mühüm rol oynayır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Aprel 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri