Tovuzda kabab iyli futbol dueli VİDEO
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Premyer Liqasının 27-ci turunun son qarşılaşması təkcə meydandakı mübarizə ilə deyil, futboldankənar maraqlı hadisə ilə də yadda qalıb.
İdman.Biz xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən “Turan Tovuz” - “Sumqayıt” oyunu zamanı azarkeşlər gözlənilməz “aroma sürprizi” ilə üz-üzə qalıblar.
Belə ki, stadiona yaxın ərazidə fəaliyyət göstərən restoranların birindən qalxan kabab iyi və tüstüsü küləyin təsiri ilə tribunlara doğru yayılıb. Baş verənlər oyunun gedişinə ciddi təsir göstərməsə də, tribunlarda fərqli bir atmosfer formalaşdırıb.
Oyunu şərh edən aparıcı da kabab tüstüsündən oyunçuları seçməkdə çətinlik çəkdiyini deyib.
Qeyd edək ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 12 Aprel 2026 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















