Tovuzda müəllimlər arasında intellektual yarış keçirilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Tovuz, 3 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı, Tovuz Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsi, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər tarixi – milli qürurumuzdur” mövzusunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə iştirakçılar Tovuz şəhərində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
Yarışa Tovuz rayon Nizami adına Mədəniyyət Evində start verilib.
Tədbir çərçivəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “LA” rəsm kursunun şagirdləri tərəfindən Zəfər Gününə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib.
Yarışda rayonun ümumtəhsil, orta ixtisas və peşə təhsili müəssisələrini, eləcə də mədəniyyət sahəsini təmsil edən 23 komanda iştirak edib. Üç turdan ibarət gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, birinci yerə Tovuz rayonu İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta ümumtəhsil məktəbinin “Alpaqut” komandası, ikinci yerə Tovuz şəhəri Nəsrəddin Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin “Tusi” komandası, üçüncü yerə isə Tovuz rayonu Akif Sadıqov adına İbrahimhacılı kənd tam orta ümumtəhsil məktəbinin “İbrahimhacılı” komandası layiq görülüb.
Tədbirin sonunda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov qalibləri təbrik edib, yarışın təşkilində əməyi olan qurumlara və iştirakçılara minnətdarlığını bildirib.
Qaliblərə təşkilatçılar tərəfindən diplom və kuboklar təqdim olunub. Eyni zamanda, “Turan Tovuz” Futbol Klubu tərəfindən qalib komandaların kapitanlarına idman formaları hədiyyə edilib.
Müxbir -Ruslan Novruzoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 03 Noyabr 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















