Tovuzda sərnişin avtobusu avtomobillə toqquşdu FOTO YENİLƏNİB
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Tovuzda sərnişin avtobusu ilə minik maşının toqquşması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 11-də, saat 23:50-də Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1988-ci il təvəllüdlü (kişi) şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona bədənin müxtəlif nahiyələrinin sıyrılmış yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir./oxu.az
***09:24
Tovuzda yol qəzası olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı sərnişin avtobusu ilə "VAZ 2106" toqquşub. Qəza zamanı "VAZ 2106"nın sürücüsü - 1988-ci il təvəllüdlü Zaur Həsənov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb. Qəzaya düşən sərnişin avtobusunun sərnişinləri başqa avtobusla yola salınıb. Hadisə zamanı sərnişin avtobusuna və minik maşınına ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.
Oxunub 368
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 12 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















