Tovuzda tapılan 13 yaşlı qız SIĞINACAĞA VERİLDİ: Adaptasiyası çox normaldır
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Bir neçə gün əvvəl Tovuzda itkin düşdükdən sonra, tapılaraq ailəsinə təhvil verilən 13 yaşlı qız sığınacağa yerləşdirilib.
Bu barədə Oxu.Az-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib.
"Artıq üç gündür ki, uşaq bizim mərkəzdədir. Ona lazımi psixoloji dəstək verilir. Adaptasiyası çox normaldır. Məktəb yerdəyişməsi ilə bağlı da işlər qaydasındadır. Həftənin birinci günü, yəni aprelin 14-dən yaxınlıqdakı məktəbdə dərsə gedəcək", - deyə K.Ağazadə bildirib.
Xatırladaq ki, Tovuz rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü Aysun Süleymanova aprelin 2-də axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb, evə geri qayıtmamışdı. Bu səbəbdən onun barəsində axtarış elan olunmuşdu və bir gün sonra yeniyetmə Gəncədə tapılaraq ailəsinə təhvil verilmişdi.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 08 Aprel 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















