Icma.az
close
up
RU
Tovuzda Ulu Öndərin ildönümü qeyd edilib FOTOLAR

Tovuzda Ulu Öndərin ildönümü qeyd edilib FOTOLAR

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tovuz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib. Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatı və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş rəsm və kitab sərgisi nümayiş etdirilib, iştirakçılar sərgi ilə yaxından tanış olublar.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, Ulu Öndərin əziz xatirəsi xalqımız tərəfindən daim böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə anılır. O qeyd edib ki, Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmlənməsinə, xalqın rifahına və ölkənin davamlı inkişafına həsr edib. Rayon rəhbəri Ulu Öndərin hakimiyyətdə olduğu hər iki dövrdə həyata keçirdiyi uzaqgörən siyasətdən, milli maraqlara söykənən inkişaf strategiyasından və dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən bəhs edib.

YAP Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik düşüncəsini formalaşdıran böyük siyasi xadim kimi mühüm yer tutur. O qeyd edib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin olunub, dövlət institutları möhkəmləndirilib və milli inkişafın əsası qoyulub. Bildirilib ki, bu gün Prezident İlham Əliyev tərəfindən həmin siyasi kurs uğurla davam etdirilir, Azərbaycan hərtərəfli inkişaf yolunda inamla irəliləyir.

Daha sonra çıxış edən Tovuz rayonu üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımova, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktor müavini Kəmalə Abbasova, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Vüqar Əhmədov, A.Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbinin direktoru Səhər İmamverdiyeva və YAP partiya veteranı Valeh Rzayev çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi bu gün də Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rol oynayır. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz hərtərəfli inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Çıxışlarda Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil, səhiyyə və digər sahələrin inkişafı istiqamətində həyata keçirdiyi mühüm xidmətlər xüsusi vurğulanıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbir rayonun mədəniyyət işçilərinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 May 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri