Icma.az
close
up
RU
Masallıda Ulu Öndərin ildönümü tədbiri

Masallıda Ulu Öndərin ildönümü tədbiri

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni Azərbaycan Partiyası (YAP) Masallı Rayon Təşkilatı, Masallı Rayon İcra Hakimiyyəti və Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Masallı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi və Şəhidlər Kompleksi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Daha sonra iştirakçılar Heydər Əliyev Mərkəzində “Dahi lider və mədəniyyət strategiyası - Heydər Əliyev” adlı səyyar sərgi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Milli Məclisin deputatı Məşhur Məmmədov, Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov, Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, professor Kamran Kazımov, Lənkəran Dövlət Universitetinin Tarix və onun tədrisi kafedrasının müdiri, dosent Kamal Mahmudov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi Fuad Mürsəlli və YAP Mərkəzi Aparatının məsul işçisi Əli Axundov çıxış ediblər.

Natiqlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev öz mənalı və zəngin ömrünü xalqına, Vətəninə və dövlətinə həsr etmiş, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynamışdır. Məhz Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkəmiz sabitliyə qovuşmuş, beynəlxalq aləmdə layiqli yerini tutmuşdur.

Ulu Öndərin memarlıq və şəhərsalma sahəsindəki xidmətlərindən dəb danışılıb, bu sahədə qoyulan əsasların bu gün də uğurla davam etdirildiyi bildirilib. O da  vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuş, sosial rifahın yüksəldilməsi, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Xalq-iqtidar birliyi isə ölkəmizin bütün sınaqlardan uğurla çıxmasının, tərəqqi üfüqlərinin daha da genişləndirilməsinin  əsas amilidir. Elə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və “Böyük Qayıdış” proqramı Heydər Əliyev ideyalarının uğurla davam etdirildiyini nümayiş etdirir.

Tədbir Masallı Dövlət Regional Kollecinin təqdimatında bədii kompozisiya və musiqi nömrələri ilə davam edib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Əlihüseyn ŞÜKÜROV,

Masallıda çıxan “Yeni həyat” qəzetinin və eyni adlı saytın baş redaktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri