Icma.az
close
up
RU
Tovuzdakı heyvan bazarında monitorinqlər keçirilib

Tovuzdakı heyvan bazarında monitorinqlər keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkənin müxtəlif bölgələrində heyvan bazarlarında həyata keçirilən monitorinqlər davam etdirilir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlərin əsas məqsədi heyvanlarda yoluxucu xəstəliklərin yayılması risklərinin qiymətləndirilməsi, həmçinin bazar ərazilərində sanitar-gigiyenik və baytarlıq tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsidir.

Agentliyin regional bölmələrinin, həmçinin Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Tovuzun Aşağı Quşçu kəndində yerləşən heyvan bazarında növbəti monitorinq aparılıb.

Monitorinqlər zamanı heyvanların sağlamlıq vəziyyəti, baytarlıq sənədlərinin mövcudluğu, eləcə də dezinfeksiya və digər profilaktik tədbirlərin icra vəziyyəti yoxlanılıb, xəstə və ya xəstəlik əlamətləri müşahidə olunan heyvanların bazara gətirilməsinin qarşısı alınıb. Həmin heyvanlarla bağlı müvafiq tədbirlər görülüb. Aşkar edilən nöqsanlarla bağlı bazar sahiblərinə və satıcılara müvafiq tapşırıqlar verilib. Heyvan bazarlarındakı tələblərin yerinə yetirilməsinin vacibliyi bazar sahibinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında oktyabrın 25-dən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Qərar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarında qeyd olunan yoluxucu xəstəliklərin region ölkələrində yayılması riskini nəzərə alaraq, epizootik sabitliyin qorunması və infeksiyaların ölkə ərazisinə daxil olmasının qarşısının alınması məqsədilə imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri