Toya minlərlə adam axın etdi “Rolls Royce”dan düşən başqası idi
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Portuqaliyanın Madeyra adasında maraqlı hadisə yaşanıb.
Hurriyyet.Media “The Sun” nəşrinə istinadən xəbər verir ki, 2 mindən çox Kriştiano Ronaldo fanatı Fünşal şəhərindəki kilsənin qarşısına toplaşıb.
Onlar məşhur futbolçu ilə sevgilisi Corcina Rodrigezin həmin kilsədə toyu keçiriləcəyini güman ediblər.
Lakin fanatların gözləntisi baş tutmayıb. Toy Portuqaliya vətəndaşları Fabio Ramos və Fatima Nicole Cunha Teixeira üçün keçirilib.
Maraqlıdır ki, gəlin kilsəyə “Rolls-Royce” markalı lüks avtomobillə gələn vaxt izdiham daha da artıb. Fanatlar onu Corcina zənn edərək gəlinin ətrafına toplaşıblar.
Kilsəsinin keşişi Ronaldo və Corcinanın burada toy üçün heç bir rezervasiya etmədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 22 Avqust 2026 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















