Icma.az
close
up
RU
Toyda bunu edənlər cərimələnəcək? KONKRET

Toyda bunu edənlər cərimələnəcək? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Toy mərasimlərində və digər şənliklərdə atəşfəşanlıq təşkil etmək, fişəng və müxtəlif pirotexniki vasitələrdən istifadə etmək geniş yayılmış hallardandır. Xüsusilə şadlıq saraylarının qarşısında keçirilən belə nümayişlər bəzən ətrafdakı sakinlərin narahatlığına, səs-küyə və təhlükəsizlik risklərinə səbəb olur.

Bəs toy məclislərində atəşfəşanlıq təşkil etmək qanunla qadağandırmı? Şadlıq saraylarının qarşısında fişəng və digər pirotexniki vasitələrdən istifadə etmək üçün xüsusi icazə tələb olunurmu? Qaydaları pozan şəxsləri hansı cərimə və hüquqi məsuliyyət gözləyir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Ruslan Mustafazadə bildirib pirotexniki vasitələrin, yəni fişəng və digər atəşfəşanlıq məhsullarının satışı qanunla məhdudlaşdırılır.

Onun sözlərinə görə, pirotexniki vasitələrin satışı yalnız müvafiq icazəsi olan şəxslər tərəfindən həyata keçirilə bilər:

“Toy mərasimlərində atəşfəşanlığı təşkil edən şəxslərin və şadlıq sarayı rəhbərliyinin bu vasitələrin haradan əldə edildiyini müəyyənləşdirməsi vacibdir. Eyni zamanda, pirotexniki vasitələrdən yalnız müvafiq lisenziyaya və bu sahədə xüsusi bilik və bacarıqlara malik şəxslər istifadə edə bilərlər.

Bundan başqa, toy mərasimlərində atəşfəşanlığın təşkili ilə bağlı digər məhdudiyyətlər də mövcuddur. Belə ki, gecə saat 23:00-dan sonra insanların istirahətinin və əmin-amanlığının təmin edilməsi məqsədilə səs-küy yaradılması qadağandır. Atəşfəşanlıq isə adətən gecə saatlarında keçirildiyindən yüksək səs-küyə səbəb olur və ətrafda yaşayan sakinlərin istirahət hüququnu poza bilər.

Pirotexniki vasitələrdən müvafiq icazə olmadan və təhlükəsizlik qaydalarına riayət edilmədən istifadə olunması şadlıq sarayının rəhbərliyinin, toy mərasimini təşkil edən və həmin vasitələri gətirən şəxslərin cərimələnməsi ilə nəticələnə bilər. Bundan əlavə, səs-küy normalarının pozulmasına görə də ayrıca məsuliyyət yarana bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri