Icma.az
close
up
RU
Toyda nişanlısı ilə yeyib içən gənc döyüldü

Toyda nişanlısı ilə yeyib içən gənc döyüldü

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt şəhərində restoranda dava olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Xarı bülbül” restoranında keçirilən toy məclisində baş verib.

Məclisdə Vasif adlı şəxs özünün 2004-cü il təvəllüdlü Murad Məstalıyev və Sənan Şahməmmədov tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.

Müraciət üzrə təhqiqatçılar araşdırma aparıb. Araşdırma zamanı hər iki şəxsin izahatı alınıb, iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilib. Zərərçəkmiş şəxsin bədəni üzərində dərəcəsi təyin edilməyən xəsarətlər aşkarlanıb. Təqsirkar şəxslərə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.

İş üzrə izahat verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası və atası ilə “Xarı bülbül” restoranında keçirilən toy məclisində iştirak edib:

“Dayım oğlu Sənan və arvadı da toydaydı. Onların masasının qonşuluğunda sonradan adını bildiyim Vasif və nişanlısı da əyləşmişdi. Həmin şəxslər araq içib, özlərini normal aparmırdılar. İçkili halda nalayiq ifadələr işlədir, qeyri-etik hərəkətlərə yol verirdilər.

Vasifə yaxınlaşaraq toyda bizim ailə üzvlərimizin də olduğunu dedim, özünü normal aparmasını xahiş etdim. Amma o, dediklərimizə məhəl qoymadı. Buna görə Sənanla birlikdə Vasifi foyeyə dəvət etdik. Vasif pilləkənə çatanda onu itələdim, əlbəyaxa olduq. Yumruqla üzünə bir zərbə endirdim. Toyda olanlar bizi ayırdılar”.

Murad ifadəsində əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışığa cəhd etsə də, barışığın alınmadığını bildirib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vasifin sözlərinə görə, nişanlısı ilə “Xarı bülbül” restoranında Taleh Salmanovun toy məclisində iştirak ediblər:

“Toyda içki içdim. Lakin heç bir qeyri-etik hərəkətə yol vermədim. Rəqs edərkən iki nəfər tanımadığım şəxs məni foyeyə çağırdı. Foyedə onlar yumruq-təpiklə məni vurmağa başladılar”.

Zərərçəkmiş qeyd edib ki, hadisədən sonra bir müddət özündə olmadığı üçün daha sonra nə baş verdiyini xatırlamır:

“Məni döyənlərdən şikayət etmişəm. Onlardan şikayətçiyəm”.

Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Murad 300 manat miqdarında cərimə olunub.

Digər təqsirli bilinən Sənan barəsində də inzibati qaydada tədbir görüləcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 İyun 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri