Laçın döyüşlərinin şəhidi
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Noyabrın 5-də Daşqın Şəfiyev şəhadətə yüksəlib
Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində hər bir bölgəmizdən olan mərd oğullar ön cəbhəyə atılaraq torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərdilər. Hərbi anda son nəfəsinədək sadiq qalan, döyüş meydanında göstərdiyi şücaətlə adını Zəfər salnaməmizə həkk edən igidlərimizdən biri də şəhid Daşqın Hidayət oğlu Şəfiyevdir. Daşqın 22 avqust 1989-cu ildə Rusiyanın Krasnodar şəhərində anadan olub.
Daşqın 1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Noyabrın 5-də Laçın rayonu istiqamətində gedən döyüşlərdə düşmənin diversiya qrupunu məhv edərkən şəhid olub. Samux rayonunun Seyidlər kəndində dəfn olunub.
44 günlük Vətən müharibəsi zamanı Daşqın Şəfiyev cəbhənin ən çətin və mürəkkəb istiqamətlərində düşmənə qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Düşmənin istehkamlarının darmadağın edilməsində, strateji mövqelərin və yüksəkliklərin azad olunmasında böyük mərdlik göstərmişdir. Silahdaşları ilə çiyin-çiyinə vuruşaraq verilən döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetirmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Daşqın Şəfiyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Laçının azad olunmasına görə”, "Vətən uğrunda","Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 05 Noyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















