Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV dən azad olunacaq
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 2027-ci il yanvarın 1-dən 6 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.
Redaktor.az-ın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı traktor istehsalının lokallaşdırılması və yerli istehsalın dəstəklənməsi məqsədilə kənd təsərrüfatı təyinatlı traktorların satışının və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən 6 il müddətinə ƏDV-dən, o cümlədən "Gömrük tarifi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, kənd təsərrüfatı təyinatlı traktorların ehtiyat hissələrinin idxalının İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında 2027-ci il yanvarın 1-dən 6 il müddətinə gömrük rüsumundan azad olunması təklif edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 Noyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















