Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər Məhkəmə qərarı
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şirvan şəhərində Bayraq meydanı adlanan ərazidə "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq, avtomobildən qoşulmuş yüksək səslə musiqiyə qulaq asan 6 nəfər şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, saxlanılan şəxslər 2003 və 2008-ci illərdə dünyaya gəlmiş Taleh, Şamil, Tərlan, Tural və Elşad adlı dostlar olub.
Onlar Rəvan adlı tanışlarının toyundan çıxaraq Bayraq meydanı adlanan əraziyə gediblər. Dostlar avtomobildə musiqiyə yüksək səs verərək, oynamağa başlayıblar. Bu zaman "TikTok"da canlı yayım da açıblar.
Saxlanılanlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib.
Onlardan bir neçəsi məhkəmənin qərarı ilə 8-16 sutkalıq həbs edilib, qalanları isə 200 manat cərimə olunub.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 19 Dekabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















