“Toyota” elektromobillərin evdə doldurulmasını təşviq edir
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Toyota”nın Şimali Amerika bölməsi elektromobil və Plug-in hibridlərin evdə doldurulmasını asanlaşdırmaq üçün “Threehouse” şirkəti ilə müqavilə bağlayıb.
Avtosfer.az xəbər verir ki, məqsəd həm sürücülərin işini asanlaşdırmaq, həm də elektromobillərin evdə doldurulmasını təşviq etməkdir. Sistem də çox sadə qurulub.
Maşını evdə doldurmaq istəyən şəxs şirkətə onlayn müraciət edərək evin fotolarını göndərir və mühəndisin suallarına cavab verir. Bundan sonra şirkət məsləhət bildiyi halda sabit cərəyanlı doldurucunu müştərinin evinə quraşdırır. Belə qurğular gecə ərzində batareyanı doldurmağa kifayət edir.
Elektromobillərin gecə doldurulması enerji şəbəkəsindəki yükü azaldır, gündüz saatlarında yüklənmənin qarşısını alır. Bu da son nəticədə stansiyaların normal işinə kömək edir.
Lakin bir vacib məsələ də evdəki elektrik şəbəkəsinin vəziyyətidir. Kabellərin köhnə və zəif olduğu evlərdə doldurucu avadanlığın quraşdırılmasından imtina edilir.
Vüqar
Baxış sayı:92
Bu xəbər 25 Fevral 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















