Icma.az
close
up
RU
Toyota yeni Camryni təqdim edir

Toyota yeni Camryni təqdim edir

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Seqment təyin edən "Camry" 40 ilə yaxındır ki, "ən çox satılan" statusu və flaqman olması ilə "Toyota"ya xidmət edir. İlk çıxışından bu yana dünya üzrə 21 milyondan çox "Camry" satılıb.

Yeni "Camry" "çəkic başlı" ön dizaynı və yeni ön işıqları ilə daha idman üslublu, daha hamar bir görüntüyə sahibdir. Yenilənmiş "Camry" 5-ci nəsil "Toyota" hibrid elektrik sistemi, yenilənmiş daxili və xarici dizayn, ən sonuncu "Toyota" multimedia sistemi, fərdiləşdiriləbilən rəqəmsal sürücü alətləri displeyi kimi bir çox yeniliklərə sahibdir.

"Toyota"nın CALTY dizayn studiyasının yenilədiyi hamar "Camry" dizaynı ona daha müasir və cəlbedici görünüş verir. Məqsəd avtomobilə "enerjili dizayn" bəxş etmək, güclü, bir o qədər də zərif görünüşü ilə yanaşı onu idarə etməyi əyləncəli hala gətirmək idi.

Arxa tərəfdəki uzadılmış çıxıntı və alçaq tavan xətti dinamika hissi ötürərkən, avtomobilin yan tərəfindəki güclü xətlər arxa emblemdə birləşərək bir "mərmi" görüntüsü effekti yaradır.

Yeniliklər interyer dizaynında da özünü göstərir. Yeni interyer layihəsində prestij, zəriflik, müasirlik və rahatlıq vəhdət daşıyır. Mərkəzdəki yeni multimedia ekranı bütün diqqəti üstünə çəkərək hər kəs üçün açıq kokpit effekti yaradır. Keyfiyyətli materiallar salonun bütün detallarında hiss olunur.

"Camry" "Toyota"nın 5-ci nəsil hibrid texnologiyasından faydalanan ən sonuncu modeldir. Bu təkmilləşdirmə daha yüksək məhsuldarlığa və həssaslığa malik yeni ikiqütblü litium-ion batareyasını təqdim edir. Güc qurğusu, elektrik mühərrik generatorları və çevirici də daxil olmaqla əsas komponentlər daxili itkiləri azaltmaq, çəkiyə və yerə qənaət etmək üçün yenidən işlənib. Müəyyən edilmiş 2,5 litrlik dörd silindrli hibrid mühərriklə birlikdə bu dəyişikliklər tam sistemin maksimum gücünü 227 DIN at gücünə / 170 kVta (+6%) artırır, eyni zamanda yanacaq sərfiyyatını və CO2 emissiyalarını 5,1 l/100 km və 117-ə qədər azaldır.

Artıq sürətlənmə daha güclü, daha istiqamətli və idarəolunması daha rahatdır. 0-dan 100 km/s sürətinə cəmi 8.3-7.9 saniyəyə çatmaq mümkündür.

Yeni "Camry" 12.3 düymlük ekrandan idarə olunan ən sonuncu "Toyota Smart Connect" multimedia sistemi ilə təchiz olunub. "Apple Carplay" və "Android Auto" vasitəsilə istənilən smartfon naqilsiz formada rahatlıqla qoşula bilir və kabinədəki 5 USB portu ilə avadanlıqlar qoşmaq və şarj etmək mümkündür.

Yeniliklər arasında "Toyota Teammate"ə də rast gəlmək mümkündür. Tərkibində ən son qəzanı qabaqcadan müəyyən edən ən son texnologiyalar olan "Toyota Teammate" qəzaların azaldılması üçün yükü, sürücü sayıqlığını və vəziyyətini analiz edir.

Artırılmış müəyyən etmə bacarığı ilə Qəza Öncəsi Sistemi (PCS) şəhər daxili hərəkətləri analiz edərək potensial qabaq-qabağa toqquşmaları qabaqcadan müəyyən etməyə fokuslanır. Kəsişən Toqquşmadan Qaçma indi iki zolaq üzrə yaxınlaşan nəqliyyatı, həmçinin yan tərəfdən yaxınlaşan velosipedçiləri və nəqliyyat vasitələrini müəyyən edə bilər.

Yeni "Camry"nin təqdimatı və test sürüşləri "Toyota Qafqaz"ın təşkilatçılığı və Azərbaycan media nümayəndələri və influenserlərinin iştirakı ilə Gürcüstanın Sameqrelo bölgəsində keçirilib. Dadiani sarayında baş tutmuş təqdimat mərasimində iştirakçılar yeni nəsil "Camry"nin krallara layiq dizaynını xüsusilə bəyəndiklərini qeyd ediblər. Bundan savayı, tədbirdə influenserlərə "Camry"nin aşağı yanacaq sərfiyyatı və minimalist interyerindəki geniş işıqlı atmosfer barədə geniş məlumat verilib. Qafqazın ən böyük su-elektrik stansiyası olan İnquri SES-də isə test yürüşləri keçirilib. Bu görüş media nümayəndələrinin ağlında "Camry"nin eleqant və müasir xüsusiyyətlərini nümayiş etdirən maraqlı təcrübə kimi yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri