Toyota modellərində təhlükəsizlik riski: 600 000 avtomobil geri çağırıldı SİYAHI
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avtomobil nəhəngi “Toyota” təxminən 600 000 avtomobili geri çağırıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb cihaz klasterinin sürət və əyləc kimi mühüm məlumatları göstərməsinə mane olan proqram qüsurudur.
Qüsura görə, ABŞ-də olan 591 377 avtomobilin geri çağrıldığı bildirilir.
Qeyd olunur ki, problem əsasən “Toyota”nın “Venza”, “Highlander”, “Lexus”, “Tacoma” və “GR Corolla” modellərində aşkarlanıb.
Problem alətlər klasterindəki proqram xətası ilə əlaqələndirilir. Nəqliyyat vasitəsi işə salındıqda problem avtomobilin sürət, əyləc və təkər təzyiqi barədə xəbərdarlıq işıqlarını göstərməsinə mane olur. Bu, sürücülərin həyatını təhlükəyə atmasına səbəb ola bilər.
Billurə
 
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 19 Sentyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















