Trabzonspor yeni transferi yeni texnologiya ilə açıqladı
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
''Trabzonspor'' bu yay komandanı tərk edən portuqaliyalı sağ cinah müdafiəçisi Pedro Maleyronun boşluğunu doldurmaq üzrədi.
Belə ki, ''Eştoril''in 22 yaşlı üzvü Vaqner Pina müqavilənin son detallarını razılaşdırmaq üçün Türkiyəyə gəlib. Maraqlıdı ki, qaradənizlilər bu transferi futbol dünyasında ilk dəfə istifadə edilən yeni üsulla açıqlayıblar. Komanda fanatlara bu xəbəri yeni mövsümün formalarında yer alan NFC texnologiyası ilə çatdırıb.
Belə ki, yeni mövsümün artıq satışa çıxarılan formalarında emblemdə NFC texnologiyası tətbiq olunub. Telefonu emblemə yaxınlaşdırdıqda klubla bağlı son xəbərlərlə bağlı məlumat əldə etmək mümkündü! Pinaya gəlincə, onunla ''3+1'' illik müqavilə imzalanacaq. Bu transfer ''Trabzonspor''a 3 milyon avroya başa gələcək.
Pina Portuqaliyada doğulsa da, əslən kapo verdelidi. Bu futbolçu geridə qoyduğumuz mövsümdə ''Eştoril''də 30 rəsmi oyunda iştirak edərək aktivinə 2 qol, 4 məhsuldar ötürmə yazıb. Rəhbərlik onun da Maleyro kimi özünü yaxşı tərəfdən göstərəcəyinə ümid edir.
Maleyro da ötən yay Portuqaliyanın digər təmsilçisi ''Boavişta''dan 2 milyon avroya transfer edilmiş, özünü yaxşı tərəfdən göstərmiş və bu yay 7 milyon avroya ''Əl-Vəsl''ə satılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 22 İyun 2025 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















