Tramp 6 cı nəsil F 47 qırıcı təyyarəsinə keçəcəyini elan etdi
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
F-35 ilə bağlı müzakirələr davam edərkən ABŞ prezidenti Donald Tramp F-47-nin dünyanın ilk 6-cı nəsil döyüş təyyarəsi olaraq istehsalına başlayacaqlarını bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Oval Ofisdə keçirilən mərasimdə ölkəsinin 6-cı nəsil döyüş təyyarələrinə keçid planını açıqlayıb.
"Mənim göstərişimlə ABŞ Hərbi Hava Qüvvələri dünyanın ilk 6-cı nəsil döyüş təyyarəsinə keçəcək və bu təyyarə generalların seçdiyi ad olan F-47 kimi tanınacaq"-deyə, Tramp bildirib.
Təyyarənin Boeing tərəfindən istehsal ediləcəyini deyən Tramp, "F-47 indiyə qədər istehsal edilmiş ən qabaqcıl, ən qabiliyyətli və ən ölümcül təyyarə olacaq. Təyyarənin eksperimental versiyası demək olar ki, beş ildir gizli şəkildə uçur. Bu təyyarələrdən yeni bir donanma qurulacaq və mənim rəhbərliyim zamanı yaxın bir neçə il ərzində havada olacaq"-deyib.
F-47-nin bir çox yeni texnologiya ilə uçacağını bildirən Tramp, "Bu yeni texnologiyadır, istədiyimiz qədər dronla uçur"- deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Mart 2025 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















