Tramp altıncı nəsil F 47 qırıcısını hazırlayacaq şirkətin adını açıqlayıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
“Altıncı nəsil F-47 döyüş təyyarəsinin hazırlanması ilə bağlı müsabiqədə “Boeing” qalib gəlib.”
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.
"F-47 indiyə qədər istehsal edilmiş ən qabaqcıl, ən bacarıqlı və ən ölümcül təyyarə olacaq. Təyyarənin eksperimental versiyası təxminən 5 ildir ki, gizli şəkildə uçur və biz əminik ki, bu, digər dövlətlərin imkanlarından çox üstündür", - o bildirib.
Xatırladaq ki, martın 21-də Trampın NGAD (Next Generation Air Dominance) kimi tanınan yeni nəsil döyüş təyyarəsi üçün ən azı 20 milyard dollarlıq müqavilə ilə bağlı Pentaqonun qərarını açıqlayacağı gözlənilirdi.
Qeyd edək ki, son illərdə “Boeing” və “Lockheed Martin” kimi nəhəng şirkətlər təyyarənin hazırlanması üzrə müqavilə üçün yarışırdı. Digər nəhəng şirkət “Northrop Grumman” isə 2023-cü ildə yarışdan çıxdığını açıqlamışdı.
NGAD layihəsi çərçivəsində hazırlanan təyyarənin F-22 Raptoru əvəz edəcəyi və pilotsuz uçuş aparatları ilə birlikdə istifadə ediləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 21 Mart 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















