Icma.az
close
up
RU
Bayden səhvini kompensasiya etdi: “907 ci düzəlişi...”

Bayden səhvini kompensasiya etdi: “907 ci düzəlişi...”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin tamam dayandırılması barədə sənədi imzalaması Azərbaycanla münasibətlərdə tamamilə yeni səhifə açıb. 

1992-ci ildə ABŞ Konresindəki erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmiş bu qadağanın tətbiqi 33 ildir Azərbaycana qarşı siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunub.

Əsas müəlliflərindən biri 1992-ci ildə senator olan, eks-prezident Co Bayden olan 907-ci düzəliş Azərbaycan iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardımların verilməsinə sanksiya qoyurdu. 

Azərbaycan ərazilərinin işğal olunmasına, dinc əhalinin qətliyam edilməsinə baxmayaraq, senatorlar Con Makkeyn, Con Kerri, Co Bayden və başqaları Ermənistanın blokadaya alındığına dair qondarma iddia ilə çıxış edərək 907-ci düzəlişi irəli sürüblər.

Bu müddətdə 907-ci düzəlişdən həm erməni diasporu, həm Ermənistan Azərbaycana qarşı daha çox siyasi təzyiq alətinə çevirib. Bununla da Ermənistan Azərbaycanın işğal faktı ilə de-yure barışmasına nail olmağa çalışırdı. Eyni zamanda, bu sanksiya Azərbaycana hərbi yardımları qadağan edirdi. 

2001-ci il 11 sentyabr terror aktından sonra 907-ci düzəlişin tətbiqi yumşaldıldı. Senat 24 oktyabr 2001-ci ildə akta ABŞ Prezidentinə 907-ci düzəlişdən imtina etmək səlahiyyəti verən düzəlişi qəbul edib. Nəhayət, Donald Tramp bu səlahiyyətdən istifadə edərək Azərbaycan qarşı ədalətsiz 907-ci düzəlişi tamamilə dayandırıb. 

ABŞ Prezidentinin bu addımı Cənubi Qafqazla bağlı xarici siyasətinin çoxistiqamətli olmasından xəbər verir. Belə ki, 907-ci düzəlişin qüvvədə qalması ona Azərbaycan və Ermənistan arasında sülhə nail olmağa imkan verməzdi.

Donald Trampın sözügedən qadağanı qüvvədə saxlaması Azərbaycan cəmiyyətində onun obyektivliyinə və neytrallığına olan inamı aradan qaldırardı. Bu isə onun sələfi Co Baydendən fərqlənmədiyinə dair fikirlərin formalaşması üçün əsas yarada bilərdi.

Halbuki Donald Tramp Azərbaycanın əraz bütövlüyünə və suverenliyinə hörmətlə yanaşan lider kimi tanınır. Ona görə də Azərbaycan xalqı  arasında Trampa yüksək siyasi rəğbət var. 

Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampı ədalətli siyasətçi hesab etməsi də bununla bağlıdır. Bu baxımdan, Trampın 907-ci düzəlişi ləğv etməsi Azərbaycan icimai rəyində onun siyasi nüfuzunun artmasında mühüm rol oynayacaq.

Eyni zamanda, Tramp beynəlxalq münasibətlərdə münaqişələrin həllinə üstünlük verən siyasətçi kimi tanınır. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri bu təşəbbüsünə görə Trampın Beynəlxalq Nobel Sülh Mükafatına layiq görülməsini təklif ediblər.

ABŞ Prezidentinin Azərbaycanla Ermənistan arasında sülh bəyannaməsinə nail olmaqla yanaşı, işğalçı tərəfə dəstək verən 907-ci düzəlişi tamamilə dayandırması Trampın Nobel mükafatına namizədliyini asanlaşdıra bilər.

Qeyd edək ki, “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişinin ləğvi ABŞ-nin də maraqlarına uyğundur. Bu qərar ABŞ ilə Azərbaycan arasında iqtisadi, hərbi və texnoloji sahələrdə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldıra bilər. 

Belə ki, 907-ci düzəliş yalnız Azərbaycana deyil, ABŞ-nin özünə də bir sıra maneələr yaradırdı. Artıq ABŞ dövlət layihələri çərçivəsində Azərbaycana birbaşa investisiyalar yatırmaq və gəlir əldə etmək imkanı qazanacaq. 

Eləcə də, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması prosesində ABŞ yaxından iştirak edə bilər. ABŞ Azərbaycana müdafiə sahəsində yardımlar göstərə biləcək. Azərbaycan patenti ABŞ-yə məxsus olan müasir silah, sursat və hərbi texnika almaq hüququ əldə edəcək. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Bayden Tramp Azərbaycan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri