Tramp: ABŞ günün sonuna qədər Türkiyəyə F 35 və Patriot satışı ilə bağlı qərar verə bilər
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Vaşinqton administrasiyası cümə axşamı Türkiyəyə "F-35" və "F-16" döyüş təyyarələri, "Patriot" hava hücumundan müdafiə raket sistemləri və ya digər Amerika silahlarının potensial satışı ilə bağlı qərarlar qəbul edə bilər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
"Report" xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün əvvəlində deyib.
Ərdoğanın sözügedən silahları əldə etmək istəyindən danışan Amerika lideri qeyd edib: "Düşünürəm ki, o, istədiyini ala biləcək. Onun və bizim də müəyyən şeylərə ehtiyacımız var. Odur ki, bir qərara gələcəyik. Günün sonuna kimi biləcəksiniz".

ABŞ bu günün sonuna qədər Türkiyəyə F 35 satışı ilə bağlı qərar qəbul edə bilər
25 Sentyabr 2025 20:38
F 35 qırıcılarının Türkiyəyə satışı... Gülər
20 Sentyabr 2025 16:50
Tramp Türkiyəyə F 35 satışını bərpa edəcək
22 Mart 2025 10:25
ABŞ Türkiyəyə F 35 qırıcıları tədarük edəcək?
12 Fevral 2025 13:34
Donald Tramp Türkiyəyə F 35 qırıcılarının satışı ilə bağlı sanksiyaları ləğv edə biləcəyini açıqlayıb
25 Sentyabr 2025 21:25

