Tramp: “ABŞ yox, Rusiya və Ukrayna həll yolu tapmalıdır”
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Donald Tramp bildirib ki, Rusiya və Ukrayna müharibəyə son qoymaq üçün çıxış yolunu özləri tapmalıdır.
Gununsesi.info New York Times-a istinadən xəbər verir ki, Tramp bu mövqeyini 19 mayda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Avropa liderlərinə çatdırıb.
Tramp həmçinin Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara ABŞ-ın qoşulmayacağını bildirib və bu istiqamətdə əvvəlki təhdidlərindən geri çəkilib.
Avropalı rəsmilər Trampın bu addımını NATO daxilində birliyin zəifləməsi və Rusiyaya təzyiqlərin azalması kimi qiymətləndiriblər. Onlar qeyd ediblər ki, ABŞ-ın yaxın zamanda Moskvaya qarşı yeni məhdudiyyətlər tətbiq edəcəyi gözlənilmir.
Qeyd edək ki, Tramp əvvəllər Rusiya-Ukrayna müharibəsini “24 saata bitirəcəyini” və yalnız onun bu problemi həll edə biləcəyini iddia edirdi.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 21 May 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















