Tramp administrasiyası CNN i məhkəməyə verdi
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp və Florida qubernatoru Ron DeSantis ilə Floridada qeyri-qanuni mühacirlərin saxlandığı mərkəzə baş çəkən Noem jurnalistlərə açıqlama verib.
Turkustana.az xəbər verir ki, Noem istifadəçilərə yaxınlıqlarında qeyri-qanuni mühacirləri hədəf alan ICE zabitlərini gördükləri zaman xəbər verməyə imkan verən "ICEBlock" adlı mobil telefon proqramında CNN reportajını hədəfə aldı.
"Həqiqətən də onların arxasınca gedəcəyik və onları mühakimə edəcəyik. Onların etdikləri qeyri-qanunidir" deyən Noem CNN-ə deyib və əlavə edib ki, Ədliyyə Departamenti ilə məhkəməyə müraciət edib-etməmək barədə danışıb.
Noem bildirib ki, proqram insanları "hüquq-mühafizə əməliyyatlarına mane olmağa" təşviq edir.
CNN-in ittihamlarla bağlı verdiyi açıqlamada xəbərin “ICEBlock” istifadəsini təşviq etmədiyi və proqramın mövcudluğu barədə məlumatın qanunsuz olmadığı bildirilib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 02 İyul 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















