Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
Icma.az bildirir, Modern.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində ABŞ-dakı erməni dini liderlərini və Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyanı qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüş Ermənistan səfirliyinin Ağ Evin Dini Məsələlər Ofisi ilə əməkdaşlığı çərçivəsində təşkil olunub. Görüşdə ABŞ-dakı erməni dini liderləri və səfir Narek Mkrtçyanla yanaşı, Ağ Evin Dini Məsələlər Ofisinin rəhbəri, ABŞ prezidentinin uzunmüddətli ruhani məsləhətçisi Paula Uayt-Keyn və ofisin direktoru Cennifer S. Korn iştirak ediblər.
Görüş zamanı Ermənistanla ABŞ arasındakı münasibətlər, iki xalq arasında xristian-sivilizasiya əlaqələri, dini azadlıqlar, eləcə də sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylər barədə fikir mübadiləsi aparılıb.
Sülhün bərqərar olması və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Bu prosesdə inancın və mənəvi dəyərlərin əhəmiyyətinə diqqət çəkilib.
Erməni dini liderləri sülhün bərqərar olunmasına yönəlmiş səylərə də toxunaraq, ABŞ Prezidenti Donald Trampın Ermənistanda sülh prosesinə verdiyi töhfəni xüsusi qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 17 Sentyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















