Tramp Aİ yə Çin və Hindistana qarşı rüsumları 100% artırmağı təklif edir
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Rusiyaya təzyiqi artırmaq məqsədilə Avropa İttifaqını Çin və Hindistana qarşı rüsumları 100% artırmağa çağırıb.
APA xəbər verir ki, bu barədə adı açıqlanmayan üç mənbəyə istinadən “Financial Times” qəzeti məlumat verib.
Məlumata görə, Tramp bu təklifi Moskvaya təzyiq göstərmək üçün birgə tədbirləri müzakirə etmək məqsədilə Vaşinqtonda toplaşan ABŞ və Aİ rəsmiləri arasında keçirilən görüşdə iştirakı zamanı deyib.
Ehtimal olunur ki, Aİ belə addım atmağa hazır olsa, ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirə bilər.
"Biz indi hərəkət etməyə hazırıq, hərəkətə keçməyə hazırıq, lakin bunu yalnız digər avropalı tərəfdaşlar bizimlə birgə tədbirləri gücləndirsələr, edəcəyik", - deyə mənbələrdən biri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 10 Sentyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















