Icma.az
close
up
RU
TRAMP AYƏTULLAH ÜZƏRİNDƏN Sİ CİNPİNİ VURUR Bu, Çinə məğlubiyyət olardı...

TRAMP AYƏTULLAH ÜZƏRİNDƏN Sİ CİNPİNİ VURUR Bu, Çinə məğlubiyyət olardı...

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Namiq Bilal

“Zopa göstərmək və silah işlətmədən ciddi güzəştlər qoparmaq” məsələsi ABŞ–İran qarşıdurmasında ən ciddi şəkildə müzakirə olunan variantlardan biridir. Sanballı ekspertlər və məşhur telekanallar bu variantı geniş şəkildə müzakirə edirlər. Lakin bu variant digər ssenarilər arasında ehtimal baxımından, bəlkə də, ən aşağı olanıdır.

21-ci yüzildə dövlətlər arasında imzalanan istənilən razılaşma quru kağız parçasına çevrilə bilir. Tərəflərdən hər hansı biri daha məqbul hesab etdiyi anda həmin razılaşmanı heçə saya bilir. Belə nümunələrin sayı hər keçən gün artır. İran da çətin durumda kağız üzərində hansısa ciddi güzəştə imza ata bilər. Amma həmin imza razılaşmanın işləyəcəyinə zəmanət vermir.

Qarşı tərəfi ciddi güzəştə məcbur edən yeganə mexanizm vurulmuş ağır zərbədir – vurulacaq deyil, artıq baş tutmuş, reallaşmış zərbə. İrana iqtisadi və diplomatik müstəvidə ən ağır zərbələr vurulub. Bunlar işləmir. Qalır hərbi zərbə.

Ağ Ev Venesuelaya qarşı da min oyundan çıxdı, amma nəticə əldə olunmadı. Unikal hərbi əməliyyat keçirib Maduronu həbs edənə qədər nəticə olmadı. Belə situasiyalarda dağıdıcı hərbi zərbə yeganə işlək mexanizm kimi görünür. Hərbi “xox” variantı Venesuelada keçərli olmadısa, İranda heç keçməz. Bu həqiqətləri, şübhəsiz, Ağ Evdə də nəzərə alırlar. Razılaşmanın “kağız versiyası”nın keçərsiz olduğunu ən yaxşı bilən və hər an tətbiq edən tərəf də elə Ağ Evin özüdür.

İran kampaniyasının proqnozlaşdırılmasını çətinləşdirən əsas məqam ABŞ-nin əsl niyyətlərinin bilinməməsidir. Bilmirik, ABŞ İranı parçalamaq istəyir, yoxsa fars rejimini devirmək? Yaxud İran neftini öz nəzarətinə alaraq “petro-dollar” sistemini möhkəmləndirmək niyyətindədir?

Daha sanballı görünən başqa bir sual da var: Ağ Ev İran–Çin hərbi-iqtisadi əməkdaşlığını dağıtmaq istəyirmi?


Sonuncu sualdan başlayaq. 21-ci yüzildə ABŞ-nin əsas rəqibi Çindir. Fars rejimli İran isə Çinin vazkeçilməsi mümkün olmayan strateji müttəfiqidir. Çinin neft təchizatı və tranzit yolları baxımından İran fövqəladə dərəcədə əhəmiyyətlidir. Rəsmi Pekin fars molla rejimini qorumaq üçün Birləşmiş Ştatlarla sərt qarşıdurmanı da gözə almağa hazırdır. Çin ABŞ-yə qarşı İrana ciddi hərbi dəstək göndərir.

Fars rejiminin devrilməsi və ya İranın parçalanması, eləcə də İran neftinin Birləşmiş Ştatların nəzarətinə keçməsi Çin–İran strateji müttəfiqliyinin sonu demək olardı. Vaşinqton bu müttəfiqliyi dağıtmağa, Pekin isə var gücü ilə qoruyub saxlamağa çalışacaq. Oyun çox böyükdür və tərəflərdən hansınınsa bu oyundan asanlıqla vaz keçəcəyi istisnadır.

Belə böyük miqyaslı oyunun taleyini ABŞ tərəfi hansısa kağız parçasına etibar edə bilməz. Bir daha altını cızaraq təkrarlayaq: İran nəzəri olaraq hansısa razılaşmanı imzalaya bilər. Amma bu razılaşmanı zorla həyata keçirən güc mexanizmi olmasa, İran imzaladığı sənədi yerinə yetirməyəcək. Tehran rejimi reallaşması sual altında olan hansısa hədəyə görə Çin kimi əhəmiyyətli müttəfiqdən vaz keçməz. Bunu bütün tərəflər bilir və Ağ Ev tarixinin ən ciddi qarşıdurmalarından birinə hazırlaşır.

Hərbi toqquşma olacaq, yoxsa olmayacaq – bunu bilmirik. Amma toqquşma baş verməzsə, Birləşmiş Ştatlar Çin qarşısında ən böyük yenilgini ala bilər. Tramp İran ətrafına çox böyük qüvvələr toplayır. Deməli, ox yaydan çıxıb və ABŞ ilə Çin arasında “Ya sən, ya da səni” prinsipi üzrə qarşıdurma mərhələsi başlayıb.

Tramp aylar öncə Çinin üzərinə getdi. Lakin Pekin nadir torpaq elementləri kartını masaya atdı və Tramp U dönüşü edərək “Çini çox sevirəm” dedi, Si Cinpini limuzininə qədər ötürdü, sakit şəkildə Çini tərk etdi. Bu dəfə masaya hansı kartlar atılacaq? Bu oyunda masa üzərindəki kartlar işləyəcək, yoxsa silahlar? Bunu da zaman göstərəcək.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Fevral 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri