Icma.az
close
up
RU
Tramp Bakıdakı İran bankını bağlatdırır? REAKSİYA

Tramp Bakıdakı İran bankını bağlatdırır? REAKSİYA

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Donald Tramp administrasiyası İrana qarşı iqtisadi blokadanı sərtləşdirir və tərəfdaşlarını Tehranla əlaqələr, ABŞ maliyyə sisteminə çıxış arasında seçim etməyə məcbur edir. Mərkəzi Asiya ölkələri də təzyiq altındadır. Onların İranla ticarəti kiçikdir, lakin dənizə çıxışı olmayan dövlətlər üçün ölkə Fars körfəzi limanlarına açılan qapı rolunu oynayır.

Dövlət katibi Marko Rubio ABŞ səfirliklərinə hökumətlərə rəsmi demarş çatdırmağı tapşırıb. Vaşinqton İranla ticarətin dayandırılmasını, onunla əlaqəli şirkətlərin müəyyən edilməsini və “Bank Melli”, “Bank Saderat” filiallarının bağlanmasını tələb edir. Qanunu pozanlar ikinci dərəcəli sanksiyalarla və dollar sistemindən ayrılmaqla hədələnirlər. Bu barədə bu yaxınlarda “Axios” məlumat verib. Bir neçə Orta Asiya paytaxtındakı ABŞ səfirliklərinə də xüsusi təlimatlar verilib, lakin nəşr hansılarının olduğunu dəqiqləşdirməyib.

Qeyd edək ki, “Bank Melli”nin Bakıda da filialı var. İran Milli Bankının Bakı filialı (“Bank Melli İran-Baku”) ötən il fəaliyyətini tam bərpa edib. Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında “Bank Melli İran”ın Bakı filialında yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı.

Nəzərə alaq ki, ABŞ Azərbaycanla tərəfdaş ölkədir və xartiya imzalanıb. Bu tələbin bizə qarşı irəli sürülməsi istisnadırmı? İran Milli Bankının Azərbaycandakı filialı bağlana bilər?

Professor Fikrət Yusifov Musavat.com-a açıqlamasında bunun gözlənilən olduğunu söyləyib: “Dəfələrlə çağrışlar etmişəm ki, İranla ticarət əlaqələrimizi ciddi sınaqlar gözləyir. Biz artıq dünəndən bu istiqamətdə tədbirlər görməyə başlamalı idik. Azərbaycan-İran xarici ticarət dövriyyəsi 640 milyon ABŞ dolları səviyyəsindədir ki, bunun da cəmisi 14 milyon dollarını Azərbaycandan İrana ixrac təşkil edir, yerdə qalan 626 milyon dollarlıq məhsulları isə biz İrandan idxal edirik. Bu Azərbaycan bazarı üçün kiçik rəqəm deyil. İdxal olunan məhsulların içərisində ərzaq məhsullarının payı az deyil. Beləliklə İrandan idxalla məşğul olan iş adamlarımız eyni məhsulların yeni bazarlarını axtarıb tapmalıdırlar. Bunu nə qədər tez edə bilsələr o qədər yaxş olar”.

Sabiq maliyyə nazirinin sözlərinə görə, ABŞ İranla hərtərəfli müharibənin yeni və ən ağrılı fazasına aralıq seçkilərindən sonra “yaşıl işıq” yandıracaq: “İrana aid nə varsa onların hamısının bloklanmasını digər ölkələrdən və birinci növbədə İranla sərhəd olan ölkələrdən təkidlə tələb edəcək. Nə qədər ağrılı olsa da, Azərbaycan da bu sıradadır. Bir sözlə, qarşıda İranla bütün iqtisadi, ticarət və maliyyə müstəvisindəki əlaqələrin kəsilməsi kimi ağrılı bir proses bizi gözləyir. Bu vəziyyəti isə İranı idarə edən SEPAH yaradıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Sentyabr 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri