Icma.az
close
up
RU
Tramp Baydeni “axmaq adlandırdı İran başqa mövzudur...”

Tramp Baydeni “axmaq adlandırdı İran başqa mövzudur...”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"ABŞ-ın 47-ci Prezidenti Donald Tramp “Fox News” televiziya kanalına son müsahibəsində Rusiya və Çin haqqında nisbətən yumşaq danışarkən, İran haqqında “bu başqa mövzudur” fikrini işlədib".

"AzPolitika" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu D.Trapın müsahibəsini şərh edərkən deyib.

"Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə yaxşı münasibətləri olduğunu bildirən Tramp Moskvanın və Pekinin yanlış siyasətlərini vurğulamağı da unutmayıb", - o, qeyd edib.

Ekspert daha sonra bunları yazıb: "Tramp aparıcının “Tayvana iddiası olan Çinlə necə əməkdaşlıq edəcəksiniz” sualına cavabında bunun mümkün olduğunu və Cinpinlə hər iki tərəf üçün faydalı ticarət sazişi imzalaya biləcəyini söyləyib. 

Tramp bunu deyərkən sələfi Co Baydeni ittiham edib: “Onun axmaqlığı nəticəsində ABŞ Çinlə ticarət müharibəsində 1 trilyon dollar itirib”. 

Tramp bunun necə baş verdiyini izah etməyib. Tramp həmişəki kimi Çinə qarşı yüksək tariflərdən istifadə edəcək. Ağ Ev sahibinin sözlərinə görə, Çin ABŞ-dan qazandıqlarını ordusunun güclənməsinə sərf edib. Tramp Rusiyanın da Bayden administrasiyanın səhvlərinə görə, Ukraynaya qarşı müharibəni davam etdirdiyini deyib. Ağ Ev sahibi Rusiyanın enerji daşıyıcılarının yüksək qiymətlərindən istifadə edərək Ukraynaya qarşı müharibəni davam etdirə bildiyi qənaətindədir. Tramp hesab edir ki, enerji daşıyıcılarının qiyməti ucuz olsaydı, Putinin müharibəni davam etdirmək üçün pulu olmayacaqdı. Bunu iddia etmək çətindir. Çünki, indinin özündə də ABŞ-ın və Avropa İttifaqının sanksiyalarına görə Rusiya enerji daşıyıcılarını satmaqda çətinlik çəkir və bu amil Kremlin müharibəni davam etdirməsinə mane olmur.

İrana gəldikdə, Tramp elə etmək istəyir ki, bu ölkə nüvə silahı əldə edə bilməsin. İranın qədim tarixə malik olduğunu deyən və bu ölkədə yaşayanları tərifləyən Tramp Tehranla saziş imkanlarını mümkün hesab edib. Tramp bununla İranla müharibə istəmədiyinə işarə edib. Ancaq onun əsas strateji tərəfdaşı İsrailin baş naziri Benyamin Netanyahu başqa fikirdədir.

Tramp Tayvana görə Çinlə də müharibə istəmir. Çini böyük ambisiyası olan ölkə kimi dəyərləndirən Tramp buna baxmayaraq, Çinin ərazisini böyüməyə imkan verməyəcəyini deyib. Tramp bununla Tayvanın Çinə birləşməsinin əleyhinə olduğuna işarə edib. Maraqlıdır ki, Tramp Çinin ərazisinin böyüməsinin əleyhinə olarkən, öz ölkəsinin tezliklə əhəmiyyətli dərəcədə böyüyə biləcəyini deyib. Ağ Ev sahibi Las Veqasda çıxışı zamanı deyib ki, yaxın gələcəkdə ABŞ əhəmiyyətli dərəcədə böyüyəyəcək. Tramp bunun necə baş verə biləcəyini açıqlamasa da, söhbətin Kanada və Qrenlandiyaya iddiasından getdiyi aşkardır. Tramp dediklərini etməyə çalışarsa, Pekin də Tayvanı ələ keçirmək planını hərəkətə gətirəcək".

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Yanvar 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri