Tramp Baydenin sərəncamlarını ləğv edəcək
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmi olaraq vəzifəsinin icrasına başladığı ilk həftə ərzində Cozef Bayden administrasiyasının bir çox sərəncamlarını ləğv edəcək.
Donald Trampın seçki qərargahının mətbuat katibi Kerolayn Livitt bunu “Fox News” telekanalına müsahibəsində deyib.
“Donald Trampın ilk administrasiyasının effektiv siyasi kursundan uzaqlaşmaq üçün Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris tərəfindən imzalanan bütün sərəncamlar ləğvi olunacaq”, – deyə Kerolayn Livitt bildirib. Onun sözlərinə görə, Tramp “Oval kabinetdə” ilk həftəsində onlarla fərman imzalayacaq.
Mətbuat katibi, həmçinin Cozef Baydenin ali dövlət postunda çalışdığı ilk həftədə imzaladığı 94 sərəncamın sərhəddə böhrana və iqtisadi tənəzzülə səbəb olduğunu vurğulayıb.
“Donald Trampı əvvəlki administrasiya tərəfindən verilən və geriləməyə səbəb olan sərəncamları aradan qaldırmaq üçün yenidən prezident seçiblər”, – deyə siyasətçi əlavə edib(azərtac).
Baxış sayı:115
Bu xəbər 11 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















