Icma.az
close
up
RU
Tramp Bill Qeytsin böyük layihəsini də vurdu

Tramp Bill Qeytsin böyük layihəsini də vurdu

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bill Qeytsin liderliyi ilə 2015-ci ildə qurulan və 1 milyard dollarlıq büdcəsi ilə diqqət çəkən "Breakthrough Energy" ABŞ prezidenti Donald Trampın mübahisəli qərarlarına qarşı dayana bilməyib.

Qaynarinfo xəbər verir ki, iqlim dəyişikliyi milyarderlərin həll edə biləcəyi sadə bir problem deyil, daha mürəkkəb və dərin bir qlobal böhrandır. "New York Times"ın məlumatına görə, Bill Qeyts və ətraf mühitə duyarlılığı ilə tanınan bir qrup milyarderin birgə qurduğu "Breakthrough Energy" işçi heyətinin əhəmiyyətli bir hissəsini ixtisar edir. Bu isə qurumun maliyyə dəstəyi toplama və siyasətlərə təsir göstərmə gücünü ciddi şəkildə zəiflədə bilər.

Trampın siyasəti və "Breakthrough Energy"nin geri çəkilməsi

2015-ci ildə qurulan və yüksək riskli, lakin böyük potensiala malik iqlim həllərinə investisiya etməyi hədəfləyən "Breakthrough Energy" xüsusilə Tramp administrasiyası dövründə ABŞ siyasətinə təsir göstərməyin mümkünsüz olduğunu anlayaraq, siyasət komandasını kiçiltmə qərarı alıb.

Trampın iqlim dəyişikliyini açıq şəkildə inkar etdiyi nəzərə alınarsa, "Breakthrough Energy"nin bu addımı məntiqli görünür. Tramp rəhbərliyi dövründə hökumət sənədlərindən və rəsmi vebsaytlardan iqlim dəyişikliyinə dair istinadlar çıxarılıb. Üstəlik, "İnflasiyanı Azaltma Qanunu" çərçivəsində iqlimlə bağlı xərclərin dondurulması planlaşdırılır. Bu şəraitdə iqlim siyasətinə təsir göstərmək üçün atılan addımların məhdud nəticə verəcəyi gözlənilirdi.

Yeni strategiya: siyasətdən uzaqlaşmaq, innovasiyaya yönəlmək

"Breakthrough Energy"nin maliyyə resurslarını necə istifadə edəcəyi hələ tam bəlli deyil. Lakin "New York Times"a görə, təşkilat siyasi fəaliyyətlərini azaltmaq və resurslarını yeni qurulan şirkətlərə və təmiz enerji layihələrinə yönəltmək niyyətindədir.

Alternativ enerji istehsalı və təmiz enerji texnologiyaları hələ də böyük inkişaf potensialına malik sahələrdir. Buna görə "Breakthrough Energy"nin fokusunu bu istiqamətə yönəltməsi məntiqli bir strategiya kimi görünür.

Nüvə enerjisi ilə bağlı yeni imkanlar

Tramp administrasiyasının nüvə enerjisi infrastrukturuna marağı nəzərə alınarsa, "Breakthrough Energy"nin bu sahədə də mühüm rol oynaya biləcəyi ehtimal edilir.

Nüvə enerjisi iqlim dəyişikliyi ilə mübarizədə mühüm bir amil ola bilər. Bu sahədə edilən yatırımlar uzunmüddətli perspektivdə müsbət nəticələr verə bilər. Beləliklə, "Breakthrough Energy" iqlim siyasətindən geri çəkilsə də, texnoloji yeniliklər və alternativ enerji mənbələrinə yönəlməklə hələ də mühüm bir təsir gücünə malik ola bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Mart 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri