Icma.az
close
up
RU
“Tramp bir ay ərzində az qala 30 dəfə Putinin istədiyini edib“ “Politico“

“Tramp bir ay ərzində az qala 30 dəfə Putinin istədiyini edib“ “Politico“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"ABŞ prezidenti Rusiya diktatorunun əlinə oynayır..."

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini "diktator" adlandırıb, halbuki o, 2019-cu ildə ədalətli seçkilərdə qalib gəlib.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Nəşr qeyd edir ki, eyni zamanda, Tramp Rusiya rəhbəri Vladimir Putin barəsində belə ifadələr işlətmir, baxmayaraq ki, onun əsas siyasi rəqibi növbəti seçkilərə bir neçə həftə qalmış həbsxanada dünyasını dəyişib və bu seçkilər saxtakarlıqlarla müşayiət olunub.

Son bir neçə həftə ərzində Tramp 29 dəfə Putinin maraqlarına uyğun hərəkət edib, - nəşr yazıb. Son həftələrdə Tramp və onun komandası NATO-nu zəiflədib, Avropada ultrasağçı hərəkatları dəstəkləyib və ABŞ-a qarşı "çox ədalətsiz" münasibətə görə Avropa İttifaqı ilə ticarət müharibəsi elan edib.

Bütün bunlar Avropa siyasətçiləri və diplomatları arasında Trampın faktiki olaraq Kreml tərəfdarı kimi oynadığı qənaətini gücləndirir.

Tramp ətrafındakı dünya sürətlə dəyişir və hadisələri izləmək çətin olur. Budur, Trampın hakimiyyətə qayıtdığı ilk ay ərzində 29 dəfə Putini necə dəstəklədiyinin qısa icmalını təqdim edirik:

- Putinlə birbaşa əlaqə: Rusiya Ukraynaya tammiqyaslı hücum etdikdən üç il sonra Tramp, beynəlxalq sanksiyalara və Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderinə baxmayaraq, Putinlə dialoqu bərpa etməyə qərar verib. Fevralın 12-də 90 dəqiqəlik telefon danışığı baş tutub.

- Putini tərifləməsi: "Bu zəngə görə prezident Putinə vaxt ayırdığı və səyləri üçün təşəkkür etmək istəyirəm", - Tramp bildirib və əlavə edib ki, onlar "millətlərimizin böyük tarixi və İkinci Dünya müharibəsində birgə mübarizəsi" barədə danışıb.

- Rusiyanın G7-yə qaytarılmasını dəstəkləməsi: "Onların geri dönməsini istərdim. Düşünürəm ki, onları qovmaq səhv olub", - Tramp jurnalistlərə deyib.

- Rusiyanın işğal etdiyi əraziləri saxlamaq haqqını tanıması: Trampın müdafiə naziri Pit Heqset Ukraynanın bütün ərazilərini geri qaytarmasının "real olmayan" hədəf olduğunu bildirib və bu, faktiki olaraq Kiyevin danışıqlardakı mövqelərini zəiflədib.

- Rusiyanın danışıqlarda üstün mövqeyə malik olduğunu qəbul etməsi: Tramp qeyd edib ki, Rusiya "danışıqlarda kartlara sahibdir", çünki Ukraynanın böyük bir hissəsini nəzarətdə saxlayır.

- Putinin NATO ilə bağlı tələbinə uyğun addım atması: Heqset qeyd edib ki, Ukraynadakı NATO qoşunları Alyansın "5-ci maddəsinə" aid deyil.

- ABŞ-ın Ukraynaya qoşun göndərməkdən imtinası: Bu da Kremlin maraqlarına uyğun bir addım olub.

- Avropanı öz təhlükəsizliyinin özünün həll etməsinə çağırması: Rusiya ABŞ-ın addımlarından narahatdır, lakin zəif Avropadan çəkinmir.

- Səudiyyə Ərəbistanında Rusiya ilə danışıqlar aparması: Tramp Putinə heç bir şərt irəli sürmədən güzəştlər edib.

- Ukraynanın danışıqlardan kənarda saxlanılması: Zelenski müzakirələrə buraxılmayıb.

- Avropa İttifaqının sülh prosesindən uzaqlaşdırılması: Avropa diplomatları narazılıq ifadə etsə də, ABŞ onları nəzərə almır.

- Müharibəyə görə məsuliyyəti Zelenskinin üzərinə atması: Halbuki müharibəni Rusiya başlayıb, Ağ Ev indi fərqli mövqe sərgiləyir.

- Zelenskini tənqid etməsi: Bu ritorika Kremlə Ukrayna prezidentinə dəstəyin zəiflədilməsində kömək edir.

- Putini tənqid etməməsi: Onun ünvanına heç bir mənfi ifadə işlətməyib.

- Putinə etibar etməsi: "Mən düşünmürəm ki, o, yalan danışır", - Tramp deyib.

- Ukraynada müharibə dövründə seçkilər keçirməyə çağırması: Kreml Kiyevdə hakimiyyət dəyişikliyində maraqlıdır.

- Beynəlxalq müşahidəçilərin maliyyələşdirilməsini azaltması: Bu, Moskvaya seçkilərə müdaxiləni asanlaşdırır.

- Zelenskini "diktator" adlandırması: Bu, Kremlin təbliğatına uyğun addımdır.

- Rusiya ilə investisiya sazişlərinə hazırlıq: Arktikada birgə layihələr müzakirə olunub.

- Demokratik QHT-lərin maliyyələşdirilməsini dayandırması: Kreml uzun müddətdir ki, ABŞ-dan bunu tələb edir.

- İnsan haqlarına hücum: Putin və Tramp sosial məsələlərdə oxşar baxışlara malikdir.

- Avropanın miqrasiya siyasətini tənqid etməsi: Bu, Kremlin maraqlarına uyğundur.

- Rumıniyada rusiyayönümlü namizədin dəstəkləməsi: Kelina Qeorqesku şübhəli şəraitdə seçkiləri qazanıb.

- Almaniyanı hədəf alması: Trampın komandası Almaniya hökumətini sərt tənqid edib.

- Almaniyada AfD-ni dəstəkləməsi: Ultrasağ partiyalar Kremlin yaxın müttəfiqləridir.

- Böyük Britaniyada "Reform UK"-ni dəstəkləməsi: onun lideri Naycel Faraj dəfələrlə Putini tərifləyib.

- G7-də "Rusiya təcavüzü" ifadəsinin inkar edilməsi: Bu, Moskvaya diplomatik üstünlük qazandırıb.

- ABŞ-da seçkiləri qazanması: Kreml Trampın qayıdışına açıq şəkildə sevinir.

- ABŞ Konstitusiyasını dəyişmək barədə eyham vurması: Putin artıq bunu Rusiyada edib.

Bundan öncə nələr baş verib?

Daha öncə Donald Tramp Ukrayna lideri Zelenskini müharibəni başlatmaqda günahlandırıb və bu müharibə "heç vaxt başlamamalı idi" deyib. Daha sonra Zelenskini "qorxunc idarəçilikdə" ittiham edib və ABŞ-dan yardım almaq üçün ölkəsini istifadə etdiyini iddia edib.

O, həmçinin Zelenskini "seçkisiz diktator" adlandıraraq, hərbi vəziyyət dövründə demokratik seçkilər keçirməkdən imtina etdiyini iddia edib. Tramp, həmçinin Zelenskinin reytinqinin 4 faiz olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:324
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Fevral 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri