Icma.az
close
up
RU
Tramp Cənubi Qafqaza davamlı sülh gətirəcək ŞƏRH

Tramp Cənubi Qafqaza davamlı sülh gətirəcək ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Real nəticə ABŞ Prezidentinin başqa regionlardakı sülh missiyası üçün də uğurlu nümunə ola bilər


ABŞ Prezidenti Donald Tramp inauqurasiyası zamanı çıxışında müttəfiq və rəqib dövlətlərə münasibətdə səsləndirdiyi "Öncə Amerika" prinsipini eyni sərtliklə nümayiş etdirməkdədir. Trampın Davos İqtisadi Forumunda onlayn formatda çıxışında bu yanaşmanı beynəlxalq auditoriya üçün təkrarlaması xarici siyasət sahəsində onun edəcəyi ciddi dəyişikliklərdən xəbər verir. ABŞ-nin Dövlət katibi Mark Rubionun "X" sosial şəbəkə hesabındakı açıqlaması da xarici siyasətdə çox məsələlərə yenidən baxılacağının müjdəçisidir: "Hər xərclənən dollar, hər maliyyələşdirilən layihə, həyata keçirilən siyasət ABŞ-ni daha təhlükəsiz, daha güclü və firavan etməsi nöqteyi-nəzərindən əsaslandırılmalıdır". 

Xatırladaq ki, Prezident Donald Tramp xarici ölkələrə ABŞ-nin göstərdiyi yardımın yenidən qiymətləndirilməsinə dair sərəncam imzalayıb. Bu, yardımın 90 gün müddətinə dayandırılmasını nəzərdə tutur. Trampın imzaladığı sənəddə qeyd edilir ki, ABŞ-nin xarici yardım sahəsi və onun daxilində hökm sürən bürokratiya Amerikanın maraqlarına uyğun deyil və bir çox cəhətdən Amerika dəyərlərinə ziddir. Bu vəsaitlərin öz təyinatı üzrə xərclənməməsi barədə suallar həm də qəbul edən tərəflərdə yaranıb. Məsələn, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ötən həftə mətbuat konfransında deyib ki, ABŞ-dən gələn pullar tez-tez digər ölkələrin suverenliyinə xələl gətirmək üçün proseslərin maliyyələşdirilməsinə istifadə olunurdu: "Məlum oldu ki, Amerika pulları düzgün olmayan prosesləri maliyyələşdirmək üçün sərf olunurdu". 


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev "Şərq"ə açıqlamasında deyib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Bayden-Blinken administrasiyası dönəmində Ermənistana (texniki) yardımları faktiki iki dəfə artıraraq 250 milyon dollara çatdırıb. Millət vəkili vurğulayıb ki, bu xərclər hətta Ermənistanın iqtisadi və ya sosial inkişafına yönəldilsə də, həmin yardımlar təcavüzkar keçmişi olan, revanşist meyilli Ermənistana imkan verir ki, bunun sayəsində öz büdcəsində həmin sahələrə vəsait ayırmasın, qənaət etsin: 

"Bu vəsaiti hücum xarakterli silahlanmaya yönəltsin. Bu da göstərir ki, hətta humanitar xarakterli düşünülən yardımlar, reallıqda başqa məqsədlər üçün sui-istifadə olunur. Diplomatiyada siyasi müdaxilə məqsədilə “yumşaq vasitə və ya alət” kimi istifadə edilən texniki yardım məsələsinə yenidən baxılması həm yeni Amerika administrasiyası tərəfindən, həm də qəbul edilən tərəfdən qaldırılır. Deməli, islahat aparılası məqamlar çoxdur. Ermənistana edilən davamlı yardımlar aidiyyəti regiona münasibətdə sabitliyin və sülhün əldə edilməsində çoxsaylı suallar və narahatlıq yaradır. Həmin yardımların təyinatına və effektivliynə yenidən baxılmalıdır. Ermənistan hökuməti xarici siyasətdəki "yelləncək siyasəti" ilə həm Rusiyadan yararlanmağa çalışır, həm də Qərbin yanında olmaq istəyir. Ermənistanın etibarsız tərəfdaş olması, xarici və iqtisadi siyasətdə müstəqil olmaması, alıcılıq qabiliyyətinin çox aşağı olması onun ciddi və etibarlı tərəfdaş kimi qəbul edilməsini çətinləşdirir. Bu gün Azərbaycan, Gürcüstan və Ermənistanda siyasi dairələri düşündürən məsələ yeni ABŞ administrasiyasının Cənubi Qafqaz siyasətini necə quracağıdır? Digər məqam isə Avropanın yeni təhlükəsizlik arxitekturasının gələcəyi və onun Cənubi Qafqaz regionuna təsiri ilə bağlı məsələlərdir. Hərbi büdcəsi 824 milyard dollardan çox olan ABŞ-nin yeni administrasiyası NATO üzvü olan Avropa tərəfdaşlarından hərbi xərclərini ÜDM-in 5 faiz həcminədək qaldırmasını tələb edir. Hazırda əksər Avropa dövlətlərində bu xərc 2-3 faiz arasında dəyişir. Hərbi xərclərin artırılması NATO üzrə tərəfdaş kimi ABŞ-ni qane etsə də, Aİ üzvləri arasında rəqabət və qısqanclığı gücləndirir. Məsələn, Almaniyanın hərbi xərclərinin artması qonşu Polşa və eləcə də İtaliya tərəfdən narahatlıqla qəbul edilir. Rusiya-Ukrayna müharibəsinin dayandırılması və bu problemin hərtərəfli həlli ilə bağlı müzakirə olunan əsas məsələlərdən biri Avropanın ümumi təhlükəsizlik axritekturasının gələcəyi, Rusiya və NATO dövlətləri arasında təhlükəsizlik zəmanəti ilə bağlıdır. Xüsusilə Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyi ilə bağlı məsələlər də hansısa formada və hansısa mərhələdə müzakirə predmeti ola bilər".

Parlamentari qeyd edib ki, Rusiya rəhbərliyi ABŞ-nin yeni administrasiyası ilə görüşə hazırlıq istiqamətində regional və qlobal mövqelərini möhkəmləndirir: "Kremldə İranla hərtərəfli strateji tərəfdaşlıq haqqında sənədin imzalanması, Çinlə dostluq münasibətləri və çoxqütblü dünya düzəninin əhəmiyyətinin vurğulanması bunu təsdiqləyir. Rusiya üçün prioritet məsələ ABŞ və Avropa dövlətləri ilə Ukraynaya dair danışıqlarda güclü mövqedən çıxış etmək və daha çox siyasi və hərbi-təhlükəsizlik güzəşti əldə etməkdir. Azərbaycan ABŞ ilə enerji, nəqliyyat-logistika, terrorizmlə mübarizə sahələrindəki uzunmüddətli səmərəli əməkdaşlıqdan çıxış edərək, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda maraqlı olduğunu bəyan edib. Müstəqilliyimizin ilk illərində transmilli enerji şirkətləri ilə birgə Azərbaycanın Xəzər dənizi sektorundakı neft və qaz ehtiyatlarının istismarı və ixracı ilə bağlı fəaliyyətin həyata keçirilməsində ABŞ hökumətinin siyasi və investisiya dəstəyi mühüm rol oynadı. Azərbaycan öz qazını Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya, neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Ceyhana ixrac etməklə ABŞ-nin Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına sabit şəkildə töhfə verir. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən vacib komponentlərindən biridir. NATO üzvü olan dövlətlərin milli təhlükəsizliyinin təminində Azərbaycanın iştirakı isə həm də ölkəmizin dost və etibarlı tərəfdaş kimi beynəlxalq tərəfdaşlıqda mühüm rolunun və funksiyasının olduğunu təsdiqləyir".

R.Nəbiyev vurğulayıb ki, ABŞ-Azərbaycan münasibətlərində digər vacib komponent terrorizmlə mübarizədə birgə fəaliyyətdir: "Bu sahədə Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub. Əfqanıstanda həyata keçirilən uzunmüddətli birgə əməkdaşlıq və ABŞ-nin Əfqanıstana müxtəlif təyinatlı uçuşlarının həyata keçirilməsində Azərbaycanın verdiyi nəqliyyat-loqistik yardım ikitərəfli münasibətlərdə etibarlılığa və qarşılıqlı dəstəyin olmasına çox yaxşı nümunədir. Hətta bu səylərin dəstəklənməsi və genişləndirilməsi niyyəti ilə ədalətsiz 907-ci düzəliş də dayandırılmışdı. Amma keçmiş administrasiyanın Əfqanıstandan qaçmasından və Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra Bayden administrasiyası 907-ci düzəlişin bərpasına qərar vermişdi. Prezident İlham Əliyev Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə “Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət” göstərildiyini dedi. 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi səciyyələndirən dövlət başçısı bunun nəticəsində ikitərəfli əlaqələrin böhrana sürükləndiyini bildirdi. İnauqurasiya çıxışında "Mən sülhməramlı olmaq, bütün müharibələri dayandırmaq istəyirəm" mesajını verən Donald Tramp isə dünyada sülhün bərqərar olmasını prioritet elan etdi". 

Milli Məclisin üzvü bəyan edib ki, Azərbaycan və Ermənistan arasında müharibə yoxdur: "İki ölkə arasında de-fakto sülh və sabitlik var. Onun davamlı sülhə çevrilməsi üçün sülh müqaviləsinin imzalanması və onun implementasiyası vacibdir. Bu istiqamətdə də Donald Tramp administrasiyasının sülhməramlı missiyası üçün imkanlar var. Sülh müqaviləsinin əksər müddəaları üzrə razılıq əldə edildiyindən, bu, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstruktiv addımlar atması və Azərbaycanın məlum obyektiv şərtlərini qəbul etməsi prosesini sürətləndirə bilər. Praqmatizmi qiymətləndirən yeni ABŞ administrasiyasının bu istiqamətdə Azərbaycanın sülh səylərini dəstəkləməsi və əldə ediləcək real nəticə Prezident Donald Trampın başqa regionlardakı sülh missiyası üçün də uğurlu nümunə ola bilər. Sadalanan faktorlar sağlam düşüncə və praqmatizmi dəyərləndirən ABŞ administrasiyasının Azərbaycanla münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, nəticəyönümlü strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirmək üçün yaxşı bazadır".

İsmayıl Qocayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Yanvar 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri