Icma.az
close
up
RU
Tramp daha bir addımı ilə dünyanı təəccübləndirdi: ABŞ hər an...

Tramp daha bir addımı ilə dünyanı təəccübləndirdi: ABŞ hər an...

Icma.az, Moderator.az saytına istinadən bildirir.

ABŞ və Avropa İttifaqı (Aİ) arasında münasibətlər getdikcə daha da gərginləşir. Trampın Vaşinqtonun istənilən an NATO və BMT-dən çıxa biləcəyi barədə verdiyi bəyanatlar qoca qitədə rezonans doğurub.

Moderator.az-a danışan siyasi şərhçi Məhəmməd Əsəddullazadə deyib ki, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask ABŞ-ın NATO-dan çıxması ideyasını dəstəklədiyini qeyd edib. D.Tramp İ. Maskin mövqeyini dəstəkləyəcəyi şübhəsizdi:

 “Əgər, ABŞ NATO -dan çıxarsa,  bu, alyansın zəifləməsinə və V. Putinin strateji planınına xidmət kimi dəyərləndirilə bilər.  Ümumiyyətlə, NATO beynəlxalq münasibətlər müstəvisində bir qurum kimi de-fakto fəaliyyətsizdi. Alyansın əsas əsgəri gücü ABŞ və Türkiyəyə məxsusdur. ABŞ-ın  bu təşkilatdan çıxması, Alyans daxilində Böyük Britaniya və Türkiyə tandemini güclənməsinə gətirib çıxara bilər.  D. Tramp fəaliyyətininin yüz günündə  xalqa hesabatlılığı onun prezident kimi uğurlu bir siyasi planın olmadığı aydın olacaq. Bir müddətdən sonra, D.Tramp verilən qərarların onun prezident kimi reytinqinə mənfi təsir edəcəyi mümkündür. D.Trampın davam etdirdiyi siyasəti onun partiyasının Kongres seçkilərində məğlub olmasına səbəb olacaq. D.Tramp həm beynəlxalq müstəvidə, həm də daxildə mənfi imici formalaşıb. ABŞ prezidentinə dəstək verən Rusiya prezidenti V. Putin və İsrailin baş naziri B. Netanyahudur. Hər iki şəxsdə hərbi cinayətlər həyata keçirib. Və beynəlxalq məhkəmə tərəfindən həbs edilməsi üçün order verilib. ABŞ administrasiyası beynəlxalq siyasi nizamı demontaj etməklə, öz daxili siyasətində ciddi strateji səhvlər edir. Əgər, təkcə beynəlxalq nizamı pozurdusa, hazırda daxildə dövlətin milli təhlükəsizliyini də təhdid edir. ABŞ kəşfiyyat Mərkəzi, Dövlət Departamenti və Pentaqonda ixtisarlar daxildə D. Trampa qarşı etiraz dalğasını formalaşdıracaq”.

Siyası şərhçi Samir Hümmətov  isə hesab edir ki, əgər ABŞ bu təşkilatları tərk edərsə, bu, ABŞ -ın ciddi strateji və təsir imkanlarını itirmək anlamına gələcək. Belə  bir addımın real perspektivi yoxdur:

 “Əgər ABŞ bu təşkilatlardan çıxarsa belə, bu, mümkünsüz bir vəziyyətə gətirməyəcəkdir. Bu vəziyyətdə, Avropa İttifaqı və Ukrayna təhlükəsizliklərini təmin etmək üçün öz imkanları ilə bir müdafiə sistemi qurmaq məcburiyyətində qalacaqlar. Bu, çox çətin bir işdir, çünki hər iki tərəf üçün bir çox resurs və siyasi vahidlik tələb edir. Lakin, burada həm də Trampın özünə qarşı, xüsusilə "dərin dövlət" tərəfindən təzyiq edilə biləcəyi bir vəziyyət yaranır. ABŞ-ın daxili siyasətində dəyişikliklər olsa, Trampın bu istiqamətdəki siyasəti dəyişə bilər. Bəli, ABŞ böyük təşkilatlara, xüsusilə BMT və NATO-ya ciddi maliyyə dəstəyi verir, amma bu təşkilatları tərk etməklə ABŞ, təsir imkanlarını tamamilə əldən verməz".

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Mart 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri