Tramp daha bir münaqişəni BİTİRDİ: Tərəflər sülh sazişi imzaladılar VİDEO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Konqo Demokratik Respublikasının (KDR) prezidenti Feliks Çisekedi və Ruandanın prezidenti Pol Kaqame iki ölkə arasında sülh sazişi imzalayıblar.
Bizim.Media xəbər verir ki, mərasim Vaşinqtondakı Sülh İnstitutunda baş tutub. Tədbirdə ABŞ prezidenti Donald Tramp da iştirak edib.
Tramp bildirib ki, saziş daimi atəşkəs, qeyri-dövlət silahlı qüvvələrinin tərksilah edilməsi, qaçqınların öz evlərinə qayıtması və “qanunsuz cinayətlərə” qarışan bütün şəxslərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur.
“Bu gün imzaladığımız sənəd Vaşinqton sazişləri kimi tanınacaq. Hamı bu adı bəyəndi”, - deyə Tramp bildirib. Saziş KDR-in şərqindəki döyüş əməliyyatlarına son qoyur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 05 Dekabr 2025 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















