“Sülh sazişi yaxın gələcəkdə imzalanacaq” “Tərəflər arasında davamlı kontaktlar var”
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın xarici işlər nazirinin müavini Manaçak Safaryan bu gün parlamentdə çıxış edərək sülh sazişi ilə bağlı ümidlərini bölüşüb.
O qeyd edib ki, bu istiqamətdə danışıqlar və proses davam edir. “Biz böyük ümidlər bəsləyirik ki, sülh sazişi gələcəkdə imzalanacaq”, – deyə Safaryan vurğulayıb.
O həmçinin əlavə edib ki, bu proses çərçivəsində tərəflər arasında davamlı kontaktlar mövcuddur. Lakin sülh sazişinin konkret nə zaman imzalanacağı ilə bağlı hələlik dəqiq müddət açıqlana bilməz.
Xatırladaq ki, bu ilin avqust ayında Ermənistan və Azərbaycan Vaşinqtonda sənədin ilkin versiyasını imzalayıblar. Ancaq Bakı sülh sazişinin rəsmi imzalanmasını müəyyən şərtə bağlayıb. Belə ki, Azərbaycan tərəfi Ermənistanın Konstitusiyasında dəyişiklik etməsini, ölkənin əsas qanunundan Müstəqillik Bəyannaməsinə edilən və Qarabağa aid istinadı çıxarmasını tələb edir.
Baş nazir Nikol Paşinyan isə bugünlərdə bildirib ki, yeni Konstitusiya üzrə referendum 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərindən sonra təşkil olunacaq.
Beləliklə, prosesin davam etdiyi qeyd olunur, lakin tərəflər arasında razılığa gəlmək və sülh sazişini rəsmiləşdirmək üçün konkret tarix hələlik müəyyən edilməyib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 26 Noyabr 2025 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















