Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 8 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında danışıqların nəticəsiz qalacağı təqdirdə, hərbi tapşırıqları yerinə yetirmək üçün İran ərazisinə xüsusi təyinatlı qüvvələrin daxil olacağını istisna etməyib.
AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə “Financial Times” qəzetinə açıqlamasında deyib. “Burada iki seçim var. Ya İrana desant çıxarıb əvvəllər hərbi yolla öhdəsindən gələ bilmədiyimiz işlərlə məşğul olacağıq, ya da İranın blokadasını davam etdirəcəyik”, - deyə ABŞ dövlət başçısı bildirib.
Donald Tramp, həmçinin qeyd edib ki, İsraillə İran arasındakı hazırkı gərginlik Vaşinqton və Tehran arasındakı danışıqlar prosesinə təsir göstərməməlidir.
“Bu, heç bir şəkildə razılaşmaya təsir göstərməyəcək. Düşünürəm ki, razılaşma baş tutacaq”, - deyə Ağ Evin rəhbəri əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 08 İyun 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















