Icma.az
close
up
RU
Tramp dünyanı heyrətə salır

Tramp dünyanı heyrətə salır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya heyrət içindədir. ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsi və prezident Volodimir Zelenski barədə səsləndirdiyi fikirlər beynəlxalq aləmdə fırtına təsiri yaradıb. Xüsusilə də Ağ ev sahibinin Ukrayna prezidentini “diktator” adlandırması okeanın hər iki tayında ciddi narazılıqla qarşılanıb. Mütəxəssislərin sözlərinə görə, son həftə ərzində yaşananlar 1945-ci ildən bu yana formalaşmış beynəlxalq münasibətlər sistemini alt-üst etməklə yanaşı, Transatlantik əməkdaşlıq münasibətlərini də ciddi şəkildə korlayır. Proseslər belə davam edərsə, “soyuq müharibə”nin başlanmasından sonra formalaşan dünya təhlükəsizlik arxitekturası dağılacaq. Bu da dünya ölkələrini yeni və daha təhlükəli çağırışlarla üz-üzə qoyacaq.

Ər-Riyaddakı Rusiya–Amerika danışıqları təkcə Vaşinqtonun Qərb müttəfiqləri arasında deyil, ABŞ-ın özündə də qarışıq reaksiyaya səbəb olub. Bu günlərdə Amerika mətbuatında Donald Tramp həm demokratlar, həm də respublikaçılar tərəfindən Kremlə ehtimal edilən güzəştlərə görə tənqid olunur. Siyasi müşahidəçilərin fikrincə, son günlərədək Ağ ev təşəbbüslərinin nəzarətində olduğu Konqresdən keçirəcəyini əmin idi. Lakin hazırda elə bir vəziyyət yaranıb ki, Konqresdəki Respublikaçılar Partiyası fraksiyasının dəstəyi olmadan Tramp hökuməti çətin ki, Ukrayna ilə bağlı hər hansı razılaşmanı həyata keçirə bilsin.

Rusiya nümayəndə heyəti ilə danışıqları izləyən jurnalistlərlə qısa ünsiyyət zamanı ABŞ-ın dövlət katibi rəhbəri Marko Rubio tələsik nəticələr çıxarmamağa çağırıb. Amerika diplomatiyasının rəhbəri xüsusi olaraq vurğulayıb ki, indiyə qədər yalnız ilkin məsləhətləşmələr olub. Bu, hətta danışıqlar deyil, yalnız Kreml və Ağ evin bir – birindən nə istədiklərini və əldə edə biləcəklərini öyrəndikdən sonra danışıqlara hazırlaşmaqdır. Bununla belə, respublikaçılar düşərgəsindən tənqidi fikirlər sələndirildi. Xüsusilə də sabiq milli təhlükəsizlik müşaviri Con Bolton Ər-Riyad danışıqlarını sərt tənqid etdi. ABŞ-ın bir neçə prezidentinin dövründə ölkənin xarici siyasətini böyük ölçüdə formalaşdıran 76 yaşlı veteran diplomat deyib ki, Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasının və bu ölkənin NATO-ya üzv olmasının mümkün olmadığını qəbul etməklə Tramp hələ danışıqlar başlamazdan əvvəl uduzub.

Senatın Müdafiə komitəsinin sədri Rocer Uiker də sərt çıxış edib. Düzdür, o, Trampı birbaşa ittiham etməyib, o, daha çox Pentaqonun rəhbəri Pit Heqseti tənqid atəşinə tutub. Xatırladaq ki, müdafiə naziri Brüsseldə Ramşteyn təmas qrupunun iclasında ABŞ-ın Ukraynanın NATO-ya daxil olması kursunu dəstəkləməkdən imtina etdiyini və onun tərəfindən hər hansı ərazi güzəştlərinin qəbuledilməz olduğunu bildirib. Senator Uikerin fikrincə, müdafiə naziri ölkəsinin danışıqlarda tutduğu mövqeləri vaxtından əvvəl açıqlayaraq səhvə yol verib ki, bu da ABŞ-ın müqabilində heç nə istəmədən birtərəfli güzəştlərə getdiyi təəssüratı yaradıb.

Ancaq əsl fırtına fevralın 19-da prezident Trampın Ukrayna lideri Volodimir Zelenski haqqında dediyi ziddiyyətli bəyanatlardan sonra qopdu. Amerika lideri Ukrayna prezidentini sərt tənqid edib və Rusiyanı “uğurlu danışıqlara” görə tərifləyib. Ağ evin sahibi Volodimir Zelenskini seçki keçirmək istəmədiyi üçün onu “diktator” adlandırıb. Trampın sözlərinə görə, Vaşinqton Ukraynaya Avropadan 200 milyard dollar çox xərcləyib. Avropalıların pulları isə “zəmanətlərlə qorunur” və ABŞ isə “heç nəyi geri almayacaq”. Amerika lideri hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ABŞ üçün deyil, “Avropa üçün daha vacibdir”, çünki Amerika və Rusiyanı “gözəl okean” ayırır. “Mən Ukraynanı sevirəm, lakin Zelenski dəhşətli iş görüb, ölkəsi dağıdılıb və milyonlarla insan lazımsız yerə ölüb və bu, davam edir”, – deyə Amerika prezidenti əlavə edib.

ABŞ prezidentinin Zelenskinin “diktator” olması ilə bağlı ittihamları həm ukraynalılar, həm də avropalı müttəfiqlər arasında hiddətə səbəb olub. Bir sıra dövlət başçıları və aparıcı siyasətçilər Vladimir Zelenskiyə dəstək ifadə ediblər. Almaniya kansleri Olaf Şolts “Spiegel”ə müsahibəsində Trampın ittihamlarını yanlış və təhlükəli adlandırıb: “Prezident Zelenskinin demokratik legitimliyini inkar etmək, sadəcə olaraq, yanlış və təhlükəlidir. Zelenski seçilmiş dövlət başçısıdır. Müharibə şəraitində növbədənkənar seçkilərin keçirilə bilməməsi Konstitusiyanın və seçki qanunvericiliyinin tələblərinə cavab verir. Heç kim başqa cür mübahisə etməməlidir. Ukrayna artıq 3 ilə yaxındır ki, özünü Rusiyanın amansız təcavüzündən müdafiə edir”.

Fransa prezidenti Emmanuel Makron ölkəsinin və tərəfdaşlarının Ukraynanı dəstəklədiyini və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün tam məsuliyyət daşıyacağını bildirib. Çexiya Prezidenti Petr Pavelin fikrincə, belə bir ölkənin prezidentini “diktator” adlandırmaq böyük sinizmdir. Norveçin Baş naziri Jonas Gahr Stor isə hesab edir ki, bu ittiham çox ədalətsizlikdir: “Zelenski səs çoxluğu ilə seçilmiş prezidentdir və səlahiyyət müddətinin ortasında müharibə yaşayır”. Polşanın xarici işlər naziri Radoslav Sikorski vurğulayıb ki, “Bu, Ukrayna Konstitusiyasının məsələsidir. Amma əgər Rusiya danışıqlarda iştirak edən bütün tərəflərin demokratik mandata malik olmasında təkid edərsə, o zaman, bəlkə də, həm Ukraynada, həm də Rusiyada demokratik seçkilər keçirilməlidir”.

Zelenskinin “diktator” adlandırılması ABŞ-da da birmənalı qarşılanmayıb. Trampın bəyanatı hətta onun partiyadaşları tərəfindən də tənqid edilib. Məsələn, ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pens prezident Trampın Ukrayna bəyanatlarını açıq şəkildə tənqid edib və Ukraynaya genişmiqyaslı işğala başlayanın Rusiya olduğunu vurğulayıb. O bildirib ki, sülhə gedən yol həqiqət üzərində qurulmalıdır.

Nümayəndələr Palatasında da Ağ evi tənqid edən respublikaçılar var. Bütün bunlar onu göstərir ki, Tramp və komandası respublikaçı qanunvericililərlə görüşərək Ukrayna və onun prezidenti barədə deyilənlər, eyni zamanda, Rusiya ilə aparılan danışıqlar haqqında daha ətraflı izahat verməyə məcbur olacaq. Hazırda respublikaçılar həm Nümayəndələr Palatasında, həm də Senatda ən azı iki il (Konqresdə aralıq seçkilərə qədər) çoxluğu saxlayacaqlar. Bu isə o deməkdir ki, respublikaçılar Rusiyaya qarşı sanksiyaları zəiflətmək və ya ləğv etmək imkanına malikdirlər. Ancaq bunun üçün respublikaçıların hamısı Trampı dəstəkləkməlidir. Əks halda, Ağ evin Rusiya–Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlar aparmaq imkanları çox məhdud olacaq.

Təbii ki, ABŞ prezidentinin “Ukrayna müharibəsi daha çox Avropanı maraqlandırmalıdır” deməsi və Moskva ilə Vaşinqton arasında okean olmasını vurğulaması belə ehtimallara yol açıb ki, Trampın prioritetləri arasında “qoca qitə” yer almayıb. Belə bir perspektivi Qərb dünyası üçün çox təhlükəli hesab edən politoloqlar xəbərdarlıq edirlər ki, ABŞ-ın Translantik əməkdaşlıq barədə sərgilədiyi mövqe İkinci Dünya müharibəsindən sonra formalaşan təhlükəsizlik arxitekturasının gələcəyini sual altına qoyur.

Avropa İttifaqı liderlərinin də son açıqlamaları onu göstərir ki, “qoca qitə” okeanın o tayından əsməyə başlayan “soyuq küləklər”ə yelkən açmaq fikrində deyil. Avropa Qərb ittifaqının qalmasında maraqlı olduğunu nümayiş etdirir. Bəs ABŞ-Avropa münasibətlərində müşahidə olunan gərginliyin fonunda yeni təhlükəsizlik arxitekturasının yaradılması mümkün olacaqmı? Bu sualın hazırda cavabı yoxdur, amma bu bir həqiqətdir ki, Transatlantik əməkdaşlıq ciddi təhlükə ilə üz-üzədir. Müttəfiqlər bir-birilə anlaşa bilməsələr, Qərb dünyasının sarsıntılarla qarşılaşacağı qaçılmaz olacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see351

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see306

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see258

Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir

15 Oktyabr 2025 13:27see188

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see183

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see136

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see135

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see134

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see129

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see129

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see128

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see128

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see128

Leyla və Arzu Əliyeva beynəlxalq incəsənət sərgisinin açılışında FOTO

15 Oktyabr 2025 09:54see126

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see125

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see123

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see123

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see122

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri