Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
“İndi eşidirəm ki, İran yenidən güc toplamağa çalışır və əgər bu doğrudursa, əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, biz onları məhv etməli olacağıq. Onlara sarsıdıcı zərbə endirəcəyik, amma ümid edirəm ki, buna ehtiyac qalmaz”.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı bildirib.
“Eşitmişəm ki, İran razılaşma bağlamaq istəyir. Əgər onlar razılaşma istəyirlərsə, bu, daha ağıllı seçimdir”, — deyə ABŞ prezidenti qeyd edib.
Netanyahunun İrana yenidən zərbə endirməsinə icazə verib-verməyəcəyi ilə bağlı suala cavab verən Tramp deyib:
“Ballistik raketlərə gəldikdə — bəli. Tehran nüvə proqramını bərpa etməyə cəhd edərsə, ABŞ mümkün qədər tez zamanda İrana zərbə endirməyə hazırdır”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 29 Dekabr 2025 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















