Icma.az
close
up
RU
Tramp İranı nüvə proqramını dayandırmaq üçün vura bilər “WSJ”

Tramp İranı nüvə proqramını dayandırmaq üçün vura bilər “WSJ”

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə proqramına qarşı çıxmaq üçün bir neçə variantı, o cümlədən İslam Respublikasına qarşı “önləyici hava hücumları”nı nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Respublikaçı keçid komandası Tehrana maksimum təzyiq üçün yeni strategiya üzərində işləyir. Bu, iqtisadi sanksiyaların sərtləşdirilməsi ilə müşayiət olunan hərbi tədbirlərə əsaslana bilər. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, bu plan hələ inkişafın ilkin mərhələsindədir.

Qəzetin yazdığına görə, Tramp daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahuya mümkün “İranın nüvə sıçrayışından” narahat olduğunu bildirib və həmçinin belə bir inkişafın qarşısını almaq üçün yollar axtardığını açıqlayıb.

“The Wall Street Journal” iddia edir ki, Tramp komandası İranla bağlı gələcək addımlar üçün iki variantı araşdırır. Birinci plan Yaxın Şərqə Amerika qoşunları, hərbi təyyarələr və gəmilər göndərməklə hərbi təzyiqin artırılmasını nəzərdə tutur. Bundan əlavə, Vaşinqton İsrailə müasir silahlar, o cümlədən bunkerləri məhv edən bombalar sata bilər. İkinci variant isə hərbi güc təhdididir. Sanksiyalarla birlikdə bu, Tehranı ABŞ-ın təklif etdiyi diplomatik həll tədbirləri ilə razılaşmağa inandıra bilər.

Bundan əvvəl Tramp “Time” jurnalına müsahibəsində ABŞ və İran arasında tammiqyaslı silahlı toqquşmanın başlanacağını istisna etmədiyini bildirib.

Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Tramp qalib gəlib. O, dövlət başçısı kimi ilk müddətində İrana qarşı maksimum təzyiq siyasətini elan etmişdi, Tehrana qarşı sərt sanksiyalar tətbiq etdi, 2018-ci ildə nüvə sazişindən çıxdı, həmçinin İsrailə siyasi-hərbi və iqtisadi dəstəyi artırdı.

İran hakimiyyəti seçilmiş Amerika liderinə İslam Respublikasına maksimum təzyiqdən əl çəkməyi tövsiyə edir. "Əgər o, əks qərar verərsə, Birləşmiş Ştatlar Tehranın “maksimum müqaviməti” ilə üzləşəcək", - deyə İranın xarici işlər naziri Abbas Əraqçi qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Dekabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri